Təqvim
Türkdilli əlyazma və çap kitabları kataloqu çap olunub
08 avqust 2020 - 12:49

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən hazırlanan “Türkdilli əlyazma və çap kitabları” kataloqu işıq üzü görüb.
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu ilə çap olunan nəşrin tərtibçisi və ön sözün müəllifi bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilovdur.
İki hissədən ibarət olan kataloqda Fondda qorunan türkdilli əlyazma və çap kitablarının qısa biblioqrafik təsviri verilib. Birinci hissəyə daxil edilən kitablar “Bədii ədəbiyyat”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix və ictimaiyyat”, “İlahiyyat və fəlsəfə”, “Pedaqogika, dərslik və dərs vəsaitləri” başlıqları altında quruplaşdırılıb. Yazılma və çap edilmə tarixi 1930-cu ilədək olan bu hissəyə daxil olan əlyazma və çap kitablarının hamısı ərəb əlifbasındadır. Kataloqda onların adı, müəllifi, katibi, yazılma və çap olunma tarixi, xətti, ölçüsü və həcminə aid məlumatlar verilib. Kitabın ikinci hissəsinə isə latın əlifbasında olan kitablar daxil edilib. Ərəb əlifbasında olan kitabların müəllifi və kitabların adı həm ərəb, həm də latın qrafikalı müasir Azərbaycan əlifbasında göstərilib. Əlyazma və kitabların adları yazılma və çap olunma tarixlərinə görə xronoloji ardıcıllıqla verilib. Hər iki hissənin sonunda oxucuların kataloqdan istifadəsinə kömək məqsədi ilə “Göstəricilər” başlıqlı xüsusi bir bölmə də əlavə edilib.
Qeyd edək ki, fondda türkdilli qədim əlyazma və daşbasma üsulu ilə çap olunan kitablarla yanaşı, XIX əsrin sonlarından etibarən elektrik mətbəəsində çapdan çıxan kitablar da mühafizə olunur. Ümumilikdə sayı 200-ə çatan, elm və mədəniyyətin, tarix və ədəbiyyatın müxtəlif sahələrinə aid həmin əlyazma və çap kitablarının əksəriyyəti muxtar respublikanın müxtəlif ərazilərindən toplanılıb. Fondda qorunan ən qədim türkdilli əlyazma kitabı 1857-ci ildə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə Məşədi Hacıağa Təbrizi tərəfindən üzü köçürülən Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Azərbaycan dilində olan həmin əlyazmaya 22 rəngli miniatür də daxil edilib.
Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə