Müdrikliyin və mənəviyyatın zirvəsində

Təqvim
Müdrikliyin və mənəviyyatın zirvəsində
14 avqust 2021 - 09:53

Müdrikliyin və mənəviyyatın zirvəsində

 

Tarix boyu hər bir millətin bəşəri miqyasda tanınmasında, məşhurlaşmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xid-mətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə ir- fan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədəcəmiyyətdə sağ- lam mənəvi idealların möhkəmlənməsinə çalışıb, dövlətin mütərəqqi yolla inkişafı-na töhfə verib, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzin-də olublar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlə-rin - həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilib.

 


Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı “sürət əsrində” safhəyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamil-liyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qa-barıq görünür. Xalqımız belə ləyaqətli ziyalıları, elm xadimləri ilə bu gün də qürur duyur, onları özünün milli sərvəti kimi zamanın amansız təlatümlərindən, sərt fırtı-nalarından qorumağa çalışır. Qarşıya qoyduqları ülvi məqsədlərlə təmamilə tə-mənnasız olan belə dəyərli insanlar xalqımızın özünəməxsus keyfiyyətlərini zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində təcəssüm etdirirlər.
Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də akademik Bəkir Nəbiyevdir. Ömrünün müdriklik çağında olan görkəmli alimin istər elmi-pe-daqoji, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xid-mət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamla-yır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq, elm kəhkəşanında sahib olduğu zirvəyə uzun illərin gərgin zəhməti, yuxusuz gecələri, məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişən, ömrünün 60 ildən çoxunu peşəkar elmi fəaliy-yətə həsr edən Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslıq elmində özünəməx-sus irs yaradıb, milli humanitariyanın sanballı ədəbi incilərlə zənginləşməsinə əvəz-siz töhfələr verib.
Əsl elm xadimi bütün ruhu ilə yaradıcı şəxsiyyət olduğu üçün daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğu hədəflərə yetişmək üçün hər cür əziy-yətə qatlaşır, zəhmətdən usanmır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti həyat amalından, daxili aləmindən qaynaqlanaraq onu həm də əbədi məsuliyyətə məh-kum edir. Bu məsuliyyəti dərk edərək elmi potensialı ilə millətə, dövlətə layiqli xid-məti qarşıya qoyan kamil yaradıcı insan isə ziyalılıq məqamına ucalır. Səmimiyyət-lə deyə bilərəm ki, akademik Bəkir Nəbiyev tək mənim deyil, ümumiyyətlə onu ya-xından tanıyanların nəzərində məhz belə bir zirvəyə ucalıb.
Elm pillələrində irəliləmək hər bir tədqiqatçı-alimin arzusudur. Lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad, qabiliyyət və zəhmətsevərlik tələb edir. Akademik Bəkir Nəbiyev ömrünün 60-cı pilləsinə bu və digər keyfiyyətləri ilə yanaşı, həm də yük-sək mənəviyyatı, xeyirxahlığı, təmənnasızlığı ilə yetişib, bu fani dünyada yeganə id-diası başqalarına yaxşılıq etmək olub!
Məktəb müəllimliyindən akademik zirvəyədək şərəfli yol keçmiş, qəlbinin odunu və hərarətini, mənalı ömrünün qaynar illərini milli ruhlu tədqiqatçı nəslinin yetişdirilməsinə həsr etmiş Bəkir müəllim saysız-hesabsız fundamental əsərlər, proqram və dərsliklər yazıb. Ədəbiyyatşünaslıq sahəsində özünəməxsus məktəb yaradıb, sağlığında özü üçün böyük mənəvi abidə ucaldıb. Tanınmış alim çoxsaylı əsərlərində Azərbaycan ədəbiyyatını, folklorunu, poetik düşüncə sistemini özünə-məxsus tədqiqatçılıq metodu ilə araşdırmaqla yanaşı, həm də bu sahədə qarşıda duran vəzifələri göstərib, maraqlı fikir və mülahizələr irəli sürüb.
Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşdirilməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpa-ğın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalı-dır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtə-ləşməsində mühüm rol oynayır. 1930-cu il avqustun 21-də Ağdaş rayonunda dün-yaya göz açmış Bəkir Nəbiyev də taleyin sərt qismətindən erkən yaşlarından atası-nı itirərək anasının himayəsində böyüməli olub. Rejimin 30-cu illərdə “xalq düşmə-ni” elan edərək repressiyaya məruz qoyduğu atasını 7 yaşında itirməsi ilə həyatı-nın məşəqqətli, ağır günləri başlayıb. Ata itkisi kimi acı taleyi yaşamalı olsa da, hə-yat yolunu düzgün müəyyənləşdirən gənc Bəkir əzmlə məqsədlərinə doğru addım-layıb, iti və parlaq zəkası, kristal, bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxıb. Doğrudur, uşaqlığın qaynar, unudulmaz illəri, sevinci ehtiyac dolu gün-lərin qayğılarında itib-batıb; müstəqil həyata atılmaq, özünü həyatda təstiq etmək istəyi Bəkir Nəbiyevi erkən yaşlarından çətinliklərə hazırlayıb. Qarşıya qoyduğu məqsədlərə yalnız yüksək təhsillə, elmlə qovuşa biləcəyini bildiyindən orta məktəb illərindən səylə çalışıb, biliklərə yiyələnmək üçün gecəsini-gündüzünə qatıb. İntel-lekti, savadı, nizam-intizamı ilə seçilən gənc Bəkir ictimai fəallığı və nitq qabiliyyəti ilə də müəllimlərinin nəzərində ucalıb. Yaradıcılığa böyük həvəs göstərərək hələ orta məktəb illərindən rayondakı radio qovşağı ilə sıx əməkdaşlıq edib. Böyük Və-tən Müharibəsinin qələbə müjdəsini də ağdaşlılara 1945-ci ilin mayında ilk olaraq 15 yaşlı radio diktoru Bəkir Nəbiyev çatdırıb!
1947-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Ağdaşın Yeniarx kəndində iki il müddətində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Daha sonra ülvi arzularının ardınca paytaxt Bakıya üz tutaraq 1949-cu ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin filologuya fakultəsinə verib. Qəbul imtahanla-rından uğurla çıxaraq tələbə adını qazanıb. İlk gündən filoloji elmin dərinliklərinə vaqif olmaq, Azərbaycan ədəbiyyatını dərindən öyrənmək üçün səylə oxuyub. Bir tərəfdən tələbəlik dövrünün ehtiyacları, digər tərəfdənsə daxilindən saf çeşmə tək çağlayan yaradıcılıq həvəsi elə tələbəlik illərindən onu dövrü mətbuata üz tutmağa sövq edib. Universitetin ikinci kursunda oxuyarkən 1951-ci ildə respublikanın san-ballı nəşrlərindən biri olan “Ədəbiyyat qəzeti” ilə əməkdaşlığa başlayıb. Gənclik əz-mi, yüksək poetik ruh və yaradıcı enerji ilə qələmə aldığı məqalələri, ədəbiyyatşü-naslıq məsələlərinə dair sanballı araşdırmaları, ədəbi tənqidləri oxucularda böyük maraq və rəğbət hissi doğurub. İllər ötdükcə qələmi daha da püxtələşib, jurnalisti-ka peşəsinin incəliklərinə dərindən bələd olub.
Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra taleyini bir müddət qə-zetçiliklə bağlayaraq 1954-1957-ci illərdə “Azərbaycan gəncləri” və “İnşaatçı” qə-zetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində çalışıb. 1959-1961-ci illər-də dövrünün ən nüfuzlu mətbuat orqanı olan “Kommunist” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləyib. Qısa müddətdə qələmi respublika miqyasın-da tanınıb, məhşurlaşıb. Bəşir Nəbiyev publisistikasını oxuculara sevdirən ən başlı-ca amil isə onun mövzu çevrəsinin, toxunduğu mövzuların xalq ruhuna yaxınlığı, jurnalist yaradıcılığı üçün mühüm cəhət olan ahəngdan üslubu, dəsti-xətti olub. Məhz bu xüsusiyyətlərinə görə də yaradıcılığı yüksək dəyərləndirilərək 1958-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1960-cı ildə isə Jurnalistlər Birliyinə üzv qəbul edilib.
Elmi tədqiqatlara ciddi maraq göstərsə də, atasının haqsız yerə repressiyaya məruz qalması üzündən universitet aspiranturasının qapıları bir neçə il Bəkir Nəbi-yevin üzünə bağlanıb. Nəhayət, inadlı səyləri ilə bütün baryerləri aşaraq 1957-ci il-də aspiranturaya qəbul olunub, görkəmli alim Cəfər Xəndanın elmi rəhbərliyi altın-da “Firidun bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik disserta-siyası üzərində tədqiqatlar aparıb. Gərgin araşdırmalarının nəticəsi kimi ərsəyə gə-tirdiyi dissertasiya işini 1960-cı ildə müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 1961-ci ildən Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayan Bəkir Nəbiyev zəngin və mənalı ömür yolunun 50 ili məhz bu alim müəssisəsi ilə sıx şəkildə bağlıdır.
Açıq deyək, bizdə müəyyən karyera qurduqdan sonra arxayınlaşan, dərin tədqiqatlardan, araşdırmalardan uzaq düşən, süstləşən elm xadimləri az deyil. Be-lələri respublika hüdudlarını aşmayan, praktik tətbiq imkanları böyük olmayan el-mi nəticələrini “xərcləməklə”, dinamik və çeviklik tələb edən elmi mühitdə möv-cudluqlarını qoruyub saxlamağa çalışırlar. Əsl alim üçün elmdə son hədd, zirvə an-layışı yoxdur; o öz elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarıb isbatla-mağa, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə, cəmiyyətə fayda verməyə çalışır. Akademik Bəkir Nəbiyev də qəyyum himayəsinə tapınan alimlərdən olmadığı kimi, həyatda məqsədlərinə daim halal zəhmətlə, işgüzarlıqla, məqsədyönlülüklə çatıb, əldə etdiyi nəticələrlə qürrələnməyib.
Məşhur jurnalistika nəzəriyyəçisi, publisist M.S.Çerepaxovun sözüdür- “Pub-lisistika bir ayağı ilə elmdə durur, o biri ayağı ilə incəsənətdə dayaq tapır”. Həqiqi elm adamı şübhəsiz, yaradıcı potensiala, güclü qələmə sahib olmalıdır – belə key-fiyyətlərəmalik olmayan şəxsin alimliyi cəmiyyətə fayda verə bilməz. Adətən, jur-nalistikadan elmə adlamış ziyalılarda tədqiqatçılıq keyfiyyətləri özünü daha qaba-rıq göstərir. Bəkir Nəbiyev də istedadlı publisist olmaqla, elmi tədqiqatlarını kifa-yət qədər səlist, oxunaqlı, maraqlı üslubda auditoriyaya çatdırmaq xüsusiyyəti ilə fərqlənir.
Elmi fəaliyyəti sabit və ardıcıldır: 1961-1971-ci illərdə Nizami adına Ədəbiy-yat və Dil İnstitutunda elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışıb, 1971-1987-ci illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə rəh-bərlik edib. Elmdə təsadüfi adam olmadığını hər addımda fitri istedadı, yaradıcı ax-tarışları ilə sübuta yetirərək 1970-ci ildə “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. İş əsasında hazırladığı mono-qrafiyalar Azərbaycan və Rus dillərində çap olunmuş, 1978-ci ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. 1987-ci ildən akademiyanın Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-kati-bi seçilmiş Bəkir Nəbiyev 2003-cü ildən eyni zamanda Nizami adına Ədəniyyat İns-titutunun direktoru vəzifəsində çalışır. Ötən illərdə onun rəhbərliyi altında İnstitut-da Azərbaycan ədəbiyyatının qaynaqları, tarixi mərhələ təsnifi və inkişaf qanuna-uyğunluqları silsiləsindən, habelə milli ədəbi abidələrinin elmi ictimaiyyətə çatdırıl-ması istiqamətində 100-ə yaxın kitab çap olunub. 
Bütün yaradıcı şəxsiyyətlər kimi, akademik Bəkir Nəbiyev də mənalı həyatı-nın bütün sevincini, şirinliyini istedadın onu məhkum etdiyi ağır zəhmətdən alır. Ədəbiyyatşünaslığın ayrı-ayrı aktual problemlərinin tədqiqi, habelə Azərbaycanın görkəmli yazıçı və şairlərinin yaradıcılığının hərtərəfli araşdırılması görkəmli aka-demikin elmi fəaliyyətindən qırmızı xətt kimi keçir. Elm aləminə ilk kitabını 1963-cü ildə təqdim edən Bəkir müəllimin ötən müddətdə 40-dan artıq kitabı çapdan çıxmışdır. Həmin kitabların əksəriyyəti Azərbaycan ədəbiyyatının müxtəlif prob-lemlərinə həsr olunmuş monoqrafiyalardan ibarətdir.
Görkəmli akademikin müxtəlif illərdə işıq üzü görmüş “Görkəmli tənqidçi və ədəniyyatşünas”, “Müasirlik və sənətkarlıq uğrunda”, “Süngüyə çevrilmiş qələm”, “Ədəbi düşüncələr”, “Tənqid və ədəbi proses”, “Böyük Vətən müharibəsivə Azər-baycan ədəbiyyatı”, “Təzə izlər sorağında”, “Kamalın təntənəsi”, “Müasirliyimiz bədii ədəbiyyatda”, “Söz ürəkdən gələndə”, “Mənalı ömürdən səhifələr”, Firidun bəy Köçərli”, “Roman və müasir qəhrəman”, “Əhməd Cavad”, “Almas İldırım” və digər sanballı əsərləri həm də onun tənqidçilik istedadı, elmi təhlil, şərh mədəniy-yəti haqqında əhatəli söhbət açmağa və yüksək elmi meyarlarla dəyərləndirməyə imkan verir. Yaradıcılığının ümumi ruhu ilə tanışlıq bir daha göstərir ki, Bəkir Nəbi-yev müasir ədəbi prosesi, milli bədii düşüncənin inkişaf meyillərini və istiqamətlə-rini ardıcıllıqla, diqqətlə izləyən, ona bütöv bir tam kimi baxan tədqiqçidir.
Xarici ölkələrdə hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti və də-yəri ilk növbədə onlara istinadlar əsasında müəyyənləşir. Yəni aktuallığı, ideya məzmunu ilə seçilən elmi əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan bir çox dünya ölkələrinin alimləri üçün maraqlı istinad mənbəyinə çevrilir. Bu baxımdan akademik Bəkir Nəbiyev də tədqiqatları ilə ölkə hüdudlarını adlamış alimlərdəndir. Onun milli ədəbiyyatşünaslıq sahəsindəki sanballı əsərləri əcnəbi tədqiqatçılar üçün də maraqlı və zəngin mənbə rolunu oynayır. İndiyədək akademikin türk, rus, fars, ingilis, çin dillərində məqalələri və kitabları işıq üzü görmüşdür. 2001-2007-ci illərdə Türkiyədə nəşr olunmuş 30 cildlik “Türk dünyası ədəbiyyat tarixi”nin Azər-baycan üzrə koordinatoru və aparıcı müəlliflərindən biri olan Bəkir Nəbiyev ədə-biyyatımızın və ədəbiyyatçılarımızın uğurlarının beynəlxalq səviyyədə təbliği sahə-sində də böyük işlər görmüşdür.
Bu bir həqiqətdir ki, bizim bəzi alimlər müəyyən obyektiv və subyektiv sə-bəblərdən müasirlərinin, bütövlükdə cəmiyyətin bilavasitə şahidi olduğu çağdaş tarixi, siyasi yaxud ədəbi prosesləri araşdırmağa, obyektiv şəkildə qələmə almağa elə də maraqlı görünmürlər. Bu istiqamətdə tədqiqatın dolğun, səhih ola bilməyə-cəyi, cəmiyyətdə birmənalı qarşılanmayacağı ehtimalı və digər amillər bəzən hə-min alimləri müəyyən çərçivəyə salır. Fəqət, əminliklə demək olar ki, Bəkir Nəbi-yev yaradıcılığı ilə bu psixoloji baryeri çoxdan adlayıb. Bəkir Nəbiyevin yaradıcılı-ğında Nizami Gəncəvi, Xəqani Şirvani, Nəsirəddin Tusi, Yunus Əmrə, Səyid İmadəd-din Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hacı Rza Sərraf, Hacı Əb-dülhəsən Raci və digərləri ilə yanaş, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə, Firudin bəy Köçərli, Əhməd Cavad, Almas İldırım, Səməd Vurğun, Üze-yir Hacıbəyli, Mir Cəlal, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və başqaları geniş təhlil olunur, obyektiv qiymətini alır.
Hər bir alimin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məq-sədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli davamçılar yetişdir-mək əzmində ifadə olunur. Ədəbiyyatşünas elmi kadrların hazırlanmasında müs-təsna xidmətləri olan akademik Bəkir Nəbiyevin ürəyinin odundan, gözünün nur-rundan yüksək intellektindən indiyədək 40 nəfər tədqiqatçıya pay düşmüşdür. Bu sıraya namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə edənlərlə yanaşı, akademikin onlarla qeyri-rəsmi tələbələtini, yetirmələrini də əlavə etmək müm-kündür. Onun rəhbərliyi altında aparılmış tədqiqatların xarakterik cəhətlərindən biri də onlarda problem müxtəlifliyinin olması, rəhbərin özünün tədqiqat obyekti ilə məhdudlaşmamasıdır. Aktuallığı, miqyası ilə seçilən bu tədqiqatlardan əldə olu-nan nəticələr və elmi yeniliklər çağdaş ədəbi düşüncənin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Vaxtilə Şeyx Məhəmməd Xiyabani yazmışdı ki, “ictimai həyata laqeydlik ölü-mə bərabərdir”. Əsl ziyalı üçün vacib keyfiyyətlərdən biri dı onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dü-rüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi Bəkir Nəbiyevi yalnız özü üçün yaşamağa, etinasız yaşa-mağa qoymayıb. O, ətrafda baş verən hadisə və proseslərə biganəlik, laqeydlik nü-mayiş etdirməyib. Əsl ziyalılara xas tərzdə dövrünün ictimai-siyasi hadisələrinə la-qeyd olmayıb, fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın gələcəyini düşü-nüb.
Siyasi baxışlarında hər zaman sabit, prinsipial olan Bəkir Nəbiyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu hər zaman dönmədən müdafiə edib, eyni za-manda dahi rəhbərin zəngin siyasi irsinin ictimaiyyətə çatdırılmasında yaxından iş-tirak edib. Bu mənada, görkəmli alimi xarakterizə edən cəhətlər təkcə onun elmi yaradıcılığı yox, həm də prinsipiallığı, yüksək idarəçilik qabiliyyəti, zamanın nəbzini tutmaq bacarığı, təşkilatçılığı, ən əsası vətəndaş mövqeyidir. Akademik Bəkir Nəbi-yevin rəhbərliyi altında işıq üzü görəcək 2010-cu ildə Dövlət Mükafatına layiq gö-rülmüş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabının ictimai əhəmiyyəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Kifayıt qədər dərin elmi araşdırmaların nəti-cəsi kimi ərsəyə gəlmiş kitabda ümummilli ilder Heydər Əliyevin ötən əsrin 70-ci il-lərindən etibarən milli ədəbiyyatın, folklorun qorunması və inkişafı, klassik ədəbi irsin təbliği sahəsindəki xidmətləri elmi-analitik prizmadan təhlil edilmişdir. Akademik Bəkir Nəbiyev əsərin girişində yazır: “Az qala 80 illik ömrümdə mən Azərbaycanda və xaricdə dəfələrlə böyük alimlər, məşhur ədiblər, mədəniyyət xa-dimləri, dövlət adamları, bəzi ölkələrin başçıları ilə görüşüb həmsöhbət olmuşam. Onlardan çox şey öyrənmişəm. Amma bu gün bütün varlığımla məmnun-məmnun etiraf edirəm ki, həyatın ən müxtəlif sahələrinə dair biliyin zənginliyi, maraq dairə-sinin vüsəti, yaddaşının itiliyi, ana dilimizdə və rusca nitqlərinin rəvanlığı baxımın-dan Heydər Əliyevə bərabər olan ikinci bir şəxsiyyəti mən təsəvvürümə gətirə bil-mirəm. Onunla çoxsaylı mənəvi təmaslar nəticəsində büllurlaşmış qənaətim budur ki, XX əsrlə XXI əsrin, ikinci minilliklə üçüncü minilliyin qovuşuğunda Heydər Əliyev doğma Azərbaycanəmızın həqiqətən ən böyük tarixi şansı olmuşdur”.
Rus pedaqoqu Uşinskinin sözüdür – “Böyük pedaqoq olmaq üçün həm də gözəl insan olmaq lazımdır”. Etiraf etməliyik ki, alimliyi ilə vətəndaşlığı arasında kəskin ziddiyyət təşkil edən elm adamları ilə az qarşılaşmırıq. Akademik Bəkir Nə-biyev isə bu iki ucalığı parlaq şəxsiyyətində bir araya gətirməklə özü də bir zirvəyə çevrilib. Akademik son dərəcə nəcib, sadə, səmimi, humanist xarakteri ilə onu ya-xından tanıyanların qəlbini fəth edib. Akademiklə uzun illər ünsiyyətdə olmuş bir şəxs kimi əminliklə deyə bilərəm ki, insanlara sevgi, humanizm, alicənablıq, xeyir-xahlıq Bəkir Nəbiyevin şəxsiyyətində parlaq cizgilər kimi nəzərə çarpır. Haqqın, ədalətin yerini tutması üçün o zəhmət sərfindən qətiyyən usanmır, öz prinsiplərin-dən bir addım da geri çəkilmir. Minlərlə insan kimi Bəkir müəllimin mənim də tale-yimdə əvəzsiz yeri, rolu olub. Bütün bunları daim minnətdarlıq və razılıq hissi ilə xatırlayıram.
Xalqına xidməti özünün həyat kredosuna çevirmiş nəcib şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, hansısa məqsəd güdməmişlər. Fəqət, onların mənəvi yüksəlişə xidmət edən çoxşaxəli məhsuldar fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv sosial tələbata çevrilir. Akademik Bəkir Nəbiyev hələ ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmanla “Şöhrət” ordeni ilə təltif edilmişdir. Möhtərəm prezidentimiz İlham Əliyev elm sahəsindəki xüsusi xidmətlərinə görə Bəkir Nəbiyevi 2005-ci ildə “İstiqlal” ordeni, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etmiş, həmçinin fərdi təqaüdə layiq görmüşdür.
Ömrünün müdriklik zirvəsində olan Bəkir Nəbiyev bütün varlığı, ruhu ilə ya-radıcı insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Yüksək alimlik, tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yaradıcılıq uğurlarına möhkəm zəmin yaradır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Gülağa Tənha : Məsələ belə başlamışdır...19:49, 06 dekabr 2021
Bakıda universitet yataqxanasında intihar edildi 17:18, 06 dekabr 2021
Qonşu ölkədə "Omikron"a yoluxma aşkar edildi 16:37, 06 dekabr 2021
Vətən müharibəsi iştirakçısı vəfat etdi 16:06, 06 dekabr 2021
Helikopter qəzasında şəhid olanların ailəsinə 11 min manat veriləcək15:25, 06 dekabr 2021
Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşdü 15:13, 06 dekabr 2021
Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi +FOTO=413:23, 06 dekabr 2021
Paşinyanın qızı qəzəbə tuş gəldi +VİDEO12:27, 06 dekabr 2021
İranda mollanın qulağını kəsdilər 11:30, 06 dekabr 2021
Parlamentin tualetində narkotik maddə tapıldı 11:09, 06 dekabr 2021
Gülağa Tənha: Prezidenti Vladimir Putin “nəqliyyat dəhlizləri” ifadəsini bir neçə dəfə işlətdi10:50, 06 dekabr 2021
Əsirləri Bakıdan Muradov apardı 20:16, 04 dekabr 2021
Ərdoğan ölkəsinin brend adını dəyişdi 20:14, 04 dekabr 2021
İşlədiyi mağazadan 63 000 manat oğurladı 20:07, 04 dekabr 2021
Evdə toy edənlər məsuliyyətə cəlb edildi 20:02, 04 dekabr 2021
Gülağa Tənha : Bir il əvvəl19:51, 04 dekabr 2021
Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı 19:30, 04 dekabr 2021
"UEFA" 8 klubu cərimələdi19:24, 04 dekabr 2021
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 19:12, 04 dekabr 2021
Müştəriyə çay təklif edən sürücü üzr istədi +VİDEO13:14, 04 dekabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə