Təqvim
Artıq yalan deyən şəxsi həmən an gözlərindən anlamaq MÜMKÜN OLACAQ
20 oktyabr 2021 - 22:18

Rusiyada insan gözlərinin hərəkətini oxuyan yeni poliqraf sınaqdan keçirilir. Onu aldatmaq mümkün olmayacaq.

 

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Kriminalistika Elmi Araşdırma İnstitutunun rəhbəri Aleksey Bessonov məlumat verib.

 

"Bu avadanlıq artıq mövcuddur və "aytreker", yaxud "okuloqraf" adlanır. Hazırda sınaqdan keçirilir və istifadəsi üçün elmi baza hazırlanır",- deyə o bildirib.

 

Bessonov insan reaksiyalarını xüsusi proqramların təhlil edəcəyini vurğulayıb.

 

"İnsan ekrandakı sualı oxuyur və cavablandırır, göz hərəkəti proqramı isə onun nə qədər səmimi cavab verdiyini təyin edir", - deyə kriminoloq əlavə edib.

 

Onun sözlərinə görə, belə bir yalan detektorundan nəsə gizlətmək çətin olacaq.

 

"Biz uzun müddətdir ki, insan göz hərəkətləri reaksiyaları ilə bağlı araşdırmalar aparırıq. Gözlər beynin aşkarda olan hissəsi sayılır. İnsan üçün vacib informasiyada gözlərin hərəkətini, bəbəyin diametrini idarə etmək olmur. Bu səbəbdən insanın nəyi isə gizlətməsi çox çətindir", - Bessonov bildirib.

 

"Psixoloqlar gözlərin qəlbin aynası olduğunu çoxdan bilirlər. İnsan duyğusal əhəmiyyətli məlumatlara reaksiya verərkən bəbəyin genişlənməsini və büzülməsini idarə edə bilməz. Bəli, iradə səyləri ilə ürək döyüntüsünü sakitləşdirə və idarə edə bilərsiniz. Lakin bəbəyə təsir insan qüvvəsindən xaricdir. Beləliklə, göz-hərəkət reaksiyası ilə təchiz edilmiş cihaz bu stimulun bir insan üçün əhəmiyyətli olub-olmadığını ortaya çıxara bilər", - deyə o əlavə edib.

 

Bessonov qeyd edib ki, insan cinayət törətməyibsə, onunla bağlı suallara müəyyən reaksiyaları verməyəcək.

 

"Şəxs cinayət haqqında məlumatlıdırsa, buna uyğun bir reaksiya verər", - deyə Bessonov izah edib.

 

Mütəxəssisin sözlərinə görə, eyni şəkildə danışma, üz və bədən hərəkətlərini təhlil etmək mümkündür.

 

"Bütün bu üsullar bir cihazda toplanarsa, düşünürəm ki, istintaqı maraqlandıran məlumatları gizlətmək və təhrif etmək baxımından heç kim onunla rəqabət apara bilməz", - deyə Bessonov sözlərini yekunlaşdırıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə