Bağçalar elektron qəbula keçəcək

Təqvim
Bağçalar elektron qəbula keçəcək
02 avqust 2021 - 19:18

2 avqust 2021-ci il saat 9:00 dan etibarən “bakibagcayaqebul.edu.az” saytı aktivləşdiriləcək və ilkin olaraq sayt vasitəsi ilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcək.

 

Bakı Şəhər İcra Hakimiyyətindən  verilən xəbərə görə, ölkə başçısının tağşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdırılıb. Artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.

 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər həyata keçirilib. Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün “bakibagcayaqebul.edu.az” saytı yaradılıb və istifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan keçmə qaydası, məlumatların daxil edilməsi, uşaqların müəssisələrə qəbulu ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib. Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və avqust ayının 2-dən saat 9:00 dan etibarən sayt fəaliyyətə başlayacaq.

 

Valıdeynlər sayta daxil olaraq, müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.

 

İlk gündən etibarən prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırlması, mübahisəli məqamların aydınlaşdırılması ilə bağlı iş günləri saat 09-00-dan 18-00-a kimi “22-24" nömrəli qaynar xətt fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.

 

Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlarda da elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Gülağa Tənha : Məsələ belə başlamışdır...19:49, 06 dekabr 2021
Bakıda universitet yataqxanasında intihar edildi 17:18, 06 dekabr 2021
Qonşu ölkədə "Omikron"a yoluxma aşkar edildi 16:37, 06 dekabr 2021
Vətən müharibəsi iştirakçısı vəfat etdi 16:06, 06 dekabr 2021
Helikopter qəzasında şəhid olanların ailəsinə 11 min manat veriləcək15:25, 06 dekabr 2021
Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşdü 15:13, 06 dekabr 2021
Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi +FOTO=413:23, 06 dekabr 2021
Paşinyanın qızı qəzəbə tuş gəldi +VİDEO12:27, 06 dekabr 2021
İranda mollanın qulağını kəsdilər 11:30, 06 dekabr 2021
Parlamentin tualetində narkotik maddə tapıldı 11:09, 06 dekabr 2021
Gülağa Tənha: Prezidenti Vladimir Putin “nəqliyyat dəhlizləri” ifadəsini bir neçə dəfə işlətdi10:50, 06 dekabr 2021
Əsirləri Bakıdan Muradov apardı 20:16, 04 dekabr 2021
Ərdoğan ölkəsinin brend adını dəyişdi 20:14, 04 dekabr 2021
İşlədiyi mağazadan 63 000 manat oğurladı 20:07, 04 dekabr 2021
Evdə toy edənlər məsuliyyətə cəlb edildi 20:02, 04 dekabr 2021
Gülağa Tənha : Bir il əvvəl19:51, 04 dekabr 2021
Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı 19:30, 04 dekabr 2021
"UEFA" 8 klubu cərimələdi19:24, 04 dekabr 2021
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 19:12, 04 dekabr 2021
Müştəriyə çay təklif edən sürücü üzr istədi +VİDEO13:14, 04 dekabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə