Təqvim
Türkdilli əlyazma və çap kitabları kataloqu çap olunub
08 avqust 2020 - 12:49

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən hazırlanan “Türkdilli əlyazma və çap kitabları” kataloqu işıq üzü görüb.
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu ilə çap olunan nəşrin tərtibçisi və ön sözün müəllifi bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilovdur.
İki hissədən ibarət olan kataloqda Fondda qorunan türkdilli əlyazma və çap kitablarının qısa biblioqrafik təsviri verilib. Birinci hissəyə daxil edilən kitablar “Bədii ədəbiyyat”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix və ictimaiyyat”, “İlahiyyat və fəlsəfə”, “Pedaqogika, dərslik və dərs vəsaitləri” başlıqları altında quruplaşdırılıb. Yazılma və çap edilmə tarixi 1930-cu ilədək olan bu hissəyə daxil olan əlyazma və çap kitablarının hamısı ərəb əlifbasındadır. Kataloqda onların adı, müəllifi, katibi, yazılma və çap olunma tarixi, xətti, ölçüsü və həcminə aid məlumatlar verilib. Kitabın ikinci hissəsinə isə latın əlifbasında olan kitablar daxil edilib. Ərəb əlifbasında olan kitabların müəllifi və kitabların adı həm ərəb, həm də latın qrafikalı müasir Azərbaycan əlifbasında göstərilib. Əlyazma və kitabların adları yazılma və çap olunma tarixlərinə görə xronoloji ardıcıllıqla verilib. Hər iki hissənin sonunda oxucuların kataloqdan istifadəsinə kömək məqsədi ilə “Göstəricilər” başlıqlı xüsusi bir bölmə də əlavə edilib.
Qeyd edək ki, fondda türkdilli qədim əlyazma və daşbasma üsulu ilə çap olunan kitablarla yanaşı, XIX əsrin sonlarından etibarən elektrik mətbəəsində çapdan çıxan kitablar da mühafizə olunur. Ümumilikdə sayı 200-ə çatan, elm və mədəniyyətin, tarix və ədəbiyyatın müxtəlif sahələrinə aid həmin əlyazma və çap kitablarının əksəriyyəti muxtar respublikanın müxtəlif ərazilərindən toplanılıb. Fondda qorunan ən qədim türkdilli əlyazma kitabı 1857-ci ildə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə Məşədi Hacıağa Təbrizi tərəfindən üzü köçürülən Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Azərbaycan dilində olan həmin əlyazmaya 22 rəngli miniatür də daxil edilib.
Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Rəqqasə Məryam (giriş hissə)17:32, 19 sentyabr 2020
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı ümumi cərrahı Aynur Səfiyeva hazırda Hospitalda COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olur 13:22, 19 sentyabr 2020
“Milli mədəniyyətimizin Üzeyir zirvəsi” adlı musiqili-bədii layihəyə start verilib - VİDEO 13:20, 19 sentyabr 2020
Elektron qolbaqlar necə işləyir? - Nazirlik rəsmisi açıqladı 13:18, 19 sentyabr 2020
Ermənistana Gəncə mesajı: -“Başınıza od yağdıracağıq!” 13:16, 19 sentyabr 2020
Azərbaycanda bu silahları əldə etmək olar -QAYDALAR (VİDEOREPORTAJ) 13:14, 19 sentyabr 2020
Şantaj edildiyinə görə intihar edildiyi deyilən müəllimlə bağlı yeni xəbər 13:11, 19 sentyabr 2020
Gülağa Tənha "Dərdin nazını çəkmə" kitab təqdimatı. İlk dəfə15:50, 18 sentyabr 2020
Bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə güzəştli kreditlərin verilməsinə dair əməkdaşlığa başlayıb 13:46, 18 sentyabr 2020
Çinli virusoloqdan şok açıqlama: "Virusu biz hazırladıq" (VİDEO) 13:43, 18 sentyabr 2020
Paxlavanın altında xarici valyutanı gizlədərək keçirmək istədi 13:42, 18 sentyabr 2020
Müdafiə naziri: Əsgərdən generaladək hər bir hərbi qulluqçumuz torpaqlarımızın azad edilməsinə hazırdır 13:40, 18 sentyabr 2020
Dəmir çatışmazlığı olanların nəzərinə... 13:38, 18 sentyabr 2020
Bank BTB pul köçürmə imkanlarını genişləndirərək UPT sisteminə qoşuldu 13:36, 18 sentyabr 2020
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb 16:35, 17 sentyabr 2020
Xalqın rəğbətini qazanan lider 16:33, 17 sentyabr 2020
"Musiqi sənətini ucuzlaşdırmışıq" - Bayağı ifalara üsyan etdilər 16:32, 17 sentyabr 2020
Xaçatur Abovyan: “Bizim dil ən azı 50 faiz türk sözlərindən ibarətdir…” 16:31, 17 sentyabr 2020
Azərbaycan Milli Xalça Muzeyi növbəti dəfə “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb 16:29, 17 sentyabr 2020
İstanbulda Bakının qurtuluş günü təntənə ilə qeyd edilib 16:28, 17 sentyabr 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə