İtaliyanın Scenari Internazionali online jurnalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə “İtaliya ilə həmrəyik, böhrandan sonra strateji tərəfdaşlığımızı gücləndirəcəyik” sərlövhəli geniş müsahibə dərc olunub. Müsahibəyə girişdə jurnalın redaksiyası tərəfindən qeyd edilib ki,jurnal digər ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizəsi təcrübəsinin İtaliya ictimaiyyətinə təqdim edilməsinəbaşlayıb vəbu xüsusda, ilk olaraq Çinin İtaliyadakı səfiri ilə müsahibə dərc olunub. Vurğulanıb ki, Avropa ilə müqayisədəvirusun daha az yayıldığıAzərbaycanda Covid-19 pandemiyasının yayılmasına qarşı mübarizə və iqtisadi sabitliyin təmini üçün atılan addımların maraqlı olduğunu nəzərə alaraq,redaksiya ikinci müsahibəni Azərbaycanın İtaliyadakı səfirindən almaq qərarına gəlib. Müsahibəsində diplomat Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısının alınması istqiamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, tətbiq olunan xüsusi karantin rejimi, ölkəmizdə mövcud olan müasir səhiyyə infrastrukturu, yenicə istifadəyə verilmiş tibbi mərkəzləri, bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Diplomat Azərbaycanda hazırkı şəraitdə ölkəmizdə iqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın təmin olunması, məşğulluq məsələlərinin və sahibkarlıq subyektlərinin dəstəklənməsiüçün hökumət tərəfindən atılan addımlar barədə danışıb. Mövcud şəraitdə səfirliyin fəaliyyəti barədə də məlumat verən diplomat, İtaliyadakı vətəndaşlarımızla təmasların daha operativ şəkildə təmin edilməsi üçün Səfirlikdə yaradılmış “qaynar xətt”, eləcə də onların Azərbaycana təxliyəsinin təşkili istiqamətində aparılan işdən bəhs edib. Azərbaycan-İtaliya strateji tərəfdaşlığından danışan diplomat fevral ayında Prezident İlham Əliyevin İtaliyaya tarixi dövlət səfərinin, səfər vaxtı aparılmış müzakirələrin, keçirilmiş tədbirlərin, imzalanmış çoxsaylı sənədlərin, xüsusilə də “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırıldığını, elədədə münasibətlərdə yeni əməkdaşlıq sahələri üzrə daha geniş perspektivlər açdığını nümayiş etdirdiyini bildirib. Diplomat bu güclü fundamentə əsaslanaraq post-pandemiya dövründə strateji tərəfdaşlığın daha da gücləndiriləcəyinə tam inamını ifadə edib. Bu mürəkkəb dönəmdə Azərabycan xalqının dost İtaliya xalqı ilə həmrəylik və yaxınlıq nümayiş etdirdiyni deyən səfir bu xüsusdaölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən Bakı Media Mərkəzinin hazırladığı dəstək videoçarxı və Heydər Əliyev Mərkəzinin binasının üzərində İtaliya bayrağının videoproyeksiyası barədə danışıb və bu tədbirlərin İtaliya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini, İtaliya mətbuatının və sosial şəbəkələrinböyük diqqətində olduğunu bildirib. Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://www.scenari-internazionali.com/azerbaigian-ambasciatore-ahmadzada-solidali-con-litalia-dopo-la-crisi-potremo-elevare-partenariato-strategico/
Bütün hüquqlar qorunur © 2024