Təqvim
Uşağın koronavirus olub-olmamasını analar ayırd edə bilməzlər - Baş pediatr
31 mart 2020 - 15:06

Əvvəlki illərlə müqayisədə azyaşlılar arasında mövsümi qrip hallarının azalmasına baxmayaraq, bəzi valideynlər koronavirus təhlükəsilə bağlı narahatdırlar. Hətta övladı adi qrip olan analar “bəlkə koronavirusdur” düşüncəsilə təlaşa qapılırlar.
Məsələ ilə bağlı respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, həqiqətən də uşaqlar arasında qripə yoluxma halları azalıb:
“Əvvəlki illərdə bu vaxtlar qrip səbəbilə uşaqların dərsə davamiyyəti də aşağı düşürdü, xəstəxanlara müraciət edənlər də çox olurdu. Hazırda xəstəliklərin az olmasına səbəb də məktəb və bağçaların bağlı olmasıdır. Bu, nəinki Azərbaycanda, bütün dünyada müşahidə edilən tendensiyadır. Amma az-az uşaqlar arasında qripə yoluxma baş verir. Bunun koronavirus olub-olmamasını bilmək üçün mütləq analiz verilməlidir. Analar ev şəraitində bunu ayırd edə bilməzlər. Amma unutmamalıdırlar ki, koronavirusun üç əsas əlaməti yüksək hərarət, öskürək və tənəffüs çatışmazlığıdır. Uşaq asqırıb-öskürürsə, bu o demək deyil ki, o koronavirusa yoluxub. Amma kim narahatdırsa, mütləq təcili tibbi yardıma müraciət etməldir”.
Baş pediatrın sözlərinə görə, dünya üzrə də uşaqların koronavirusa yoluxması az-az müşahidə edilir:
“Yoluxanlar da bunu yüngül keçirirlər. Amma təbii ki, istisnalar da mövcuddur”.
Qeyd edək ki, bugünədək Azərbaycanda 18 yaşına çatmayanlardan 3 nəfər koronavirusa yoluxub, vəziyyətləri kafidir. modern.az 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə