Təqvim
BMT: Heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut yoxdur
21 mart 2020 - 11:53

Heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut yoxdur.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib.
Qeyd edilib ki, 20 mart 2020-ci il, Budapeşt, Macarıstan – Qlobal Koronavirus epidemiyasının başlanmasından bəri FAO, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı(OİE) ilə bu virusun potensial daşıyıcıları olan heyvanları aşkar etmək və insanlara yoluxma hallarını azaltmaq üçün üzv ölkələrə kömək məqsədilə sıx əməkdaşlıq edir.
Hazırda koronavirusun epidemiologiyasının öyrənilməsi və heyvanların virus mənbəyi və ya daşıyıcı roluna dair tədqiqatlar aparılır. Lakin hazırda koronavirusun yayılmasının ən yüksək riski virusun insandan insana ötürülməsi ilə bağlıdır. Beləliklə, ÜST epidamiyanın insan sağlamlığı aspektlərinə dair səlahiyyətli orqanı və əsas məlumat mənbəyidir.
FAO davamlı olaraq koronavirusla bağlı dünyada son durum haqda məlumatları izləyir və paylaşır, həmçinin sağlamlığın qorunması üçün vahid yanaşmadan istifadə edərək ÜST və OİE ilə birgə heyvanlarda xəstəliklərin qarşısının alınması, hazırlıq və müəyyən edilməsi üçün tədbirləri əlaqələndirir.
Koronavirusun yayılmasında heyvanların (mal-qara və ev heyvanlarının) rolu ilə bağlı heç bir sübut yoxdur və heyvanların həyatını təhlükə altına ata biləcək tədbirlərin görülməsi üçün heç bir əsas yoxdur.Bunun əvəzinə, FAO, müvafiq təcrübəyə uyğun olaraq, vəhşi heyvanlar və onların əti ilə ehtiyatla davranmaq də daxil olmaqla, mal-qara və ev heyvanlarına qulluq etmə və ya qidalandırmadan əvvəl və sonra sadə gigiyena qaydası olan əllərin yuyulmasını təbliğ edir.
Qlobal Koronavirus epidemiyasının başlanmasından bəri FAO rabitə kanalları vasitəsilə gigiyena qaydaları və epidemiya haqda yenilikləri fəal şəkildə təbliğ edir və ictimaiyyətə aşağıdakı mesajları nəzərə almağı tövsiyə edir:
İtlərin koronavirusun yayılmasında hər hansı rol oynadığına dair heç bir sübut yoxdur. Ümumi bir qayda olaraq, heyvanlara qulluq edərkən, onlarla təmasdan əvvəl və sonra əllərinizi həmişə yuyun.
İnsanlar xəstə və ya naməlum səbəblərdən ölən vəhşi heyvanların və ya mal-qaranın ətini doğramaq, satmaq, bişirmək və ya istehlak etməkdən çəkinməlidirlər.
Vəhşi heyvanların çiy əti, həmçinin qanlı, yaxşı bişməmiş yeməklər istehlak edilməməlidir. Bu cür addımlar insanların bir çox infeksiyalara yoluxma riskini artırır.
Hər hansı bir qeyri-adi xəstəlik və ya heyvan ölümü barədə heyvanların sağlamlığının mühafizəsi orqanlarına məlumat verilməlidir.
Koronavirusun yayılmasının qarşısının alınmasına və nəzarətinə öz töhfəsini vermək üçün FAO heyvanların, insan və ətraf mühitin sağlamlığının qorunması sahəsində mütəxəssisləri birləşdirən sağlamlığın qorunmasına dair vahid səhiyyə yanaşmasından istifadə etməklə bütün fəaliyyətlərin əlaqələndirilməsini tövsiyə edir.

Sosial şəbəkələrdə paylaş:
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə