"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub.
Axşam.az xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:
"Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma. Mənə dedi ki, yoldaşın gürcü olacaq, adı Q ilə başlayacaq. İki uşağın olacaq. Dedi ki, siz müğənnisiz. Məşhur olacaqsız, amma Gürcüstanda yox, başqa ölkədə.
Atam dünyasını dəyişəndə bir ilini Gürcüstanda qeyd etmək istədim. Anamla Qara dəniz sahilinə gəldik, su ilə söhbət etməyə başladım: artıq mən ailə qurmağa hazıram. Birdən sahilə üç oğlan yaxınlaşdı. Onlardan biri yaxınlaşdı bizə, başladı anamla söhbət etməyə. Georgi ilə anamın söhbəti yaxşı alındı. Sonra Georgi məni tapdı, mesaj yazdı. Beləcə, münasibət quruldu".
İfaçı dünyasını dəyişən qardaşından bəhs edərkən kövrəlib.
Bütün hüquqlar qorunur © 2024