Təqvim
“Azərbaycançılıq ideyası-Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsi əsasında,Rusiyadakı Azərbaycanlı gənclərinin toplantısı keçirilmişdir (+FOTOLAR)
28 noyabr 2019 - 16:45

Canveten.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə, Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi tərəfindən,  09  noyabr 2019 il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində“Azərbaycançılıq ideyası-Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsi əsasında,Rusiyadakı Azərbaycanlı gənclərinin toplantısı keçirilmişdir.İlk öncə Azərbaycanın dövlət Himni səslənmişdir.Daha sonra çıxış edən Sankt-Peterbuq şəhərinin Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətin Gəncər ittifaqının sədr müavini Elman Manafov,başda Tofiq Əlizadə olmaqla,Azərbaycandan gələn qonaqları salamlayaraq tədbir barədə iştirakçılara qısa məlumat verdi.Sonra çıxış üçün söz verilən, tədbirin layihə rəhbəri olan Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin prezidenti Tofiq Əlizadə tədbirdə bildirdi ki,bu layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi  qrant müsabiqəsinin qalibi kimi bizə ayrılmış, maliyyə yardımı nəticəsində baş tutmuşdur. Daha sonra deyildi ki, bu tədbirin  məhz 09 noyabr Azərbaycanda Dövlət Bayraq gününə, 09-10 noyabr Dünya Azərbaycanlılarının 1-ci qurultayının keçirilməsinin 18-ci il dönümünə və 10 noyabr Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmyəyliyi ictimai birliyinin yaranmasının 24-cü il dönümü ilə üst-üstə düşməsi bir təsadüfdür. Deyildi ki bütün dünyada olduğu kimi Rusiyada yaşayan Azərbaycanlı Gənclərin milli birliyinin təşkilinə böyük ehtiyac var.Tofiq Əli-zadə söylədi ki, “Azərbaycançılıq ideyası -Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsinin Rusiya Federasıyasının Sankt-Peterbuq şəhərində keçirilməsi ideyasının reallaşması məhz,Azərbaycan Gənclər Fondunun qrant  müsabiqəsinin qalibi olduqdan sonra həyata keçmişdir.Daha sonra natiq,Azərbaycançılıq ideyaları,Azərbaycan tarixində baş vermiş vacib hadisələr, milli faciələrimiz,diasporamızın formalaşması, lobbicilik fəaliyyəti, ətrafında geniş  məruzə edərək bildirdi ki, bu gün bütün dünyada yaşayan Azərbaycanlıların sayı artıq 60 milyona yaxındır. Onlarında demək olar ki, bir çoxunun yaşları 18-35 yaş arasındadır. Məhz ona görə də, xaricdəki gənclərimizin təşkilatlanması və Azərbaycançılıq ideyaları ilə, silahlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından, onların yenidən təşkilatlanması qarşımıza qoyduğumuz məsələdə mühüm rol oynaya bilər.Axı xarici ölkələrdə çox savadlı və istedadlı gənclərimiz yaşamaqdadır Azərbaycan həqiqətlərinin təbliği Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-lə əlaqələrin qurulması çox mühümdür. Azərbaycan diasporu sıralarında olan gənclərimiz bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanları daxilində əllərindən gələni etməlidirlər. 2009-cu ilin aprel ayında Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olmuşdur. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmışdır.

Bu gün xaricdəki Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən biri də,torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırımı aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımının təbliğ olunması baxımından təcavüzkarların ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir Bizim təşkilatlarla, xarici ölkələrdə yaşayan Azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər gücləndirilməsi baxımında belə tədbirlərin keçirilməsi daha məqsədə uyğundur. Bu gün, xaricdəki gənc soydaşlarımız arasında Azərbaycançılıq ideyasının gerçəkləşməsi ideyası,Azərbaycanlı gənclərinin Vətənə məhəbbət, xalqımızın tarixi,mədəni irsi, dövlət dili və rəmzləri,milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, onların potensialının ölkəmizin inkişafına cəlb olunması, eyni zamanda, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, hüquq və azadlıqlarının müdafiəsi məsələləri əsas məsələrindən biridir. Tofiq Əlizadə toplantı iştirakçılaına bu gün Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasətdən,yeni-yeni qurulucuq işlərindən,islahatlardan,  eyni zamanda da Rusiya-Azərbaycan arasında olan dostluq, qardaşlıq, iqtisadi-siyasi əməkdaşlıq münasibətlərindən və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən xeyli danışdı.Sonra  Rusiyada Azərbaycanlı gənclərimizin  önəmli fəaliyyətlərinin qiymətləndirərək, Manafov Elman Sədaqət oğlu, İsmayılov Zülfüqar İlham oğlu, Quliyev Emil Zöhrab oğlu, Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin  fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildilər.Daha sonra çıxış edən, Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki vitse-konsulu Rüfət Dadaşov,Sankt-Peterbuq şəhərinin xarici əlaqələr komitəsinin nümayəndəsi Kolpakov İvan Aleksandorov,Sankt-Peterburq şəhərinin millətlər dostluğu evinin nümayəndəsi Ackasov Aleksey Valerievic, Azərbaycanlıların Rusiyada ictimai-siyasi işlərdə daha fəali olması və özlərini daha yaxşı göstərmək imkanları əldə etməkləri barədə danışdılar.Sankt-Peterbuq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin icraçı direktoru Rəşidə xanım Orucova çıxışında Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburq şəhərində yaşayan Azərbaycanlıların, xüsusi ilə də, gənclərin fəallığından ətraflı danışdı.Siyasət üzrə fəsəfə doktoru Elvin Talışınski də çıxışında xaricdəki soydaşlarımız arasında Azərbaycançılıq ideyalarını geniş təbliğ olunmasının vacibliyi barədə  danışdı.Sonra Sankt-Peterburqdakı Azərbaycanlıların milli-mədəniyyətinin idarə heyyətinin üzvü Xeyransa Mirzəyeva,Sankt-Peterbuq şəhərində anadan olmuş gənclərimizdən,Sankt-Peterburq şəhəri Azərbaycanlıların milli-mədəni Muxtariyyətinin Gənclər İttifaqının sədri Zülfüqar İsmayılov və Gənclər İttifaqının  mədəniyyət bölməsinin rəhbəri,Quliyev Emil Azərbaycanlı gənclər adından çıxış edərək,belə milli-ideoloji tədbrlərin təşkilinə və gənclər üçün gətirilən çox saylı hədiyyələrə, Azərbaycan bayraqlarına görə, Azərbaycan Gənclər Fonduna və Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai biliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tədbir iştirakçılarla xatirə şəkilləri də çəkildi.

 

Sosial şəbəkələrdə paylaş:
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə