Təqvim
“Sabaha baxış” kitab mütaliəsinə marağın artırılması layihəsi çərçivəsində iştirakçı tələbələrlə ilk görüş keçirilib (+FOTOLAR)
22 fevral 2019 - 03:02

Canveten.az xəbər verir ki, fevralın 21-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilati dəstəyi ilə ADPU-un Filologiya fakültəsinin III kurs tələbəsi Lamiyə Rzayevanın layihə rəhbəri olduğu “Sabaha baxış” layihəsi çərçivəsində  ADPU-un Heydər Əliyev adına Lektoriyasında iştirakçı tələbələrlə ilk görüş keçirilib.

         ADPU-un Filologiya fakültəsinin dekanı professor  Mahirə xanım Hüseynova giriş sözüylə çıxış edərək mütaliənin əhəmiyyətindən, onun gənclərin bir şəxsiyyət kimi formalaşmasındakı rolundan söz açıb, tələbələrlə öz təcrübələrini bölüşüb, onlara uğurlar diləyib.

Tədbirin moderatoru, ADPU-un V kurs tələbəsi, ADPU TGT sədri Taleh Budaqov iştirakçı gəncləri salamlayaraq onlara son illər ölkəmizdə gənclərlə bağlı aparılan dövlət siyasəti, yaradılan imkanlar, gənclərin elmi və ictimai-sosial layihələrinin dəstəklənməsi təcrübəsindən məlumat verib, hər bir gənci həm tədrisdə, həm mütaliədə, həm də ictimai fəaliyyətdə aktiv iştiraka çağırıb. Sonra o sözü layihə rəhbəri Lamiyə Rzayevaya verib. Özü də tələbə olan Lamiyə xanım öncə onda layihənin ideyasının necə yarandığı, layihənin icrasında Gənclər Fondu və ADPU rəhbərliyi və ictimai təşkilatlarının ona yaxından kömək göstərmələrini qeyd edərək bildirib ki, hər bir gənc addım atmaq istəyərsə, bunu mütləq bacaracaq. Çünki, onun arxasında dayanan müstəqil və məqsədyönlü bir dövlət var. O iştirakçılara uğurlar arzuladı.

Sonra müsabiqənin münsiflər heyəti elan olundu və münsiflərin iştirakçılara tövsiyələri, layihə ilə bağlı fikirləri dinlənildi.  Müsabiqə çərçivəsində seçim turundan uğurla keçmiş 40 tələbəyə növbəti mərhələdə mütaliə edib, əsər əsasında esse yazacaqları əsərlərin adları açıqlandı. Bunlar, Onore de Balzakın “Qorio ata”, Corc Bayronun “Şərq poemaları” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsərləridir. Ardınca isə, mövzu üzrə Taleh Budaqovun moderatorluğu ilə iştirakçılarla müzakirələr aparıldı.  Sonda iştirakçılar çay süfrəsi ətrafına dəvət edildi.


         Qeyd edək ki,  layihənin icrasında əsas məqsəd gənclərin kitaba marağını artırmaq, sosial aktivliyi inkişaf etdirmək, nitq qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-publisistik üslubda məqalə və esse yazmaq bacarığının və gənclər arasında sağlam rəqabətin formalaşdırılmasıdır.

 

ADPU-un III kurs tələbəsi Taleh Mirzəyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə