“Inteco Management” şirkətinin direktoru, Moskvanın eks meri Yuri Lujkovun birinci arvadı Yelena Baturina artıq beşinci dəfədir ki, Rsuaiyanın ən zəngin qadınlarının siyahısında liderdir. Forbes-in hesablamasına görə, onun varidatı 1,2 milyard dollar təşkil edir. "Bİ" xəbər verir ki, reytinqdə ikinci yeri Wildberries onlayn-mağazasının sahibi Tatyana Bakalçuk tutur. Onun var-dövləti 600 milyon dollardır. Üçüncü pillədə milyarder, Fransanın“Monako” futbol klubunun sahibi Dmitri Rıblovun keçmiş arvadı Yelena Rıblova tutur. Builki məhkəmə prosesi zamanı o, ərindən 600 milyon dollar və İsveçdə 2 ev əldə edə bilib.
Bütün hüquqlar qorunur © 2023