Hərə öz elinin pərvanəsidi, Dönməz inadımla coşub gələrəm, İspaniya, 1 may, 2007
Hər kəsə əzizdi öz dağı, lalə.
Qərib ömürlərin dərdi ağırdı,
Özünü yandırır öz dağı, lalə.
Sevgim selə dönər, daşıb gələrəm.
Bir ülfət eşqinə aşıb gələrəm
Yüz çəməni, lalə, yüz dağı, lalə.
Vətəndi, millətdi qolum-qanadım,
Əzəldən bu olub pozulmaz, andım.
Vətənin oğluyam, Tənhadır adım,
Olmaram Vətənə göz dağı, lalə.
Bütün hüquqlar qorunur © 2023