Təqvim
Masallı xeyriyyəçiləri tərəfindən şəhid bacısı üçün ev tikilib
21 dekabr 2023 - 15:59

Masallı xeyriyyəçiləri tərəfindən şəhid bacısı üçün ev tikilib

 

Masallı rayonunun Banbaşı kəndində, Birinci Qarabağ müharibəsi şəhidi Sərhəddin Rəhimovun bacısı üçün fərdi yaşayış evi tikilib.
Rayonun Köçəkli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Rəhimov Sərhəddin Yadulla oğlunun bacısı, 5 uşaq anası Rəhimova Fərqanə Yadulla qızı üçün “Sabahın 5 əsgərinə ev olaq” devizi altında həyata keçirilən lahiyəyə əsasən tiklilən evin ümumi sahəsi 80 kvadratmetr olmaqla, 3 otaq, 1 mətbəx və 1 sanitar qovşağdan ibarətdir. Mənzil tam təmirli olmaqla yanaşı bütün kommunal xidmətləri, mebel dəsti və digər məişət əşyaları ilə təmin olunub.
Fərdi yaşayış evi rayon rəhbəri Araz Əhmədovun təşəbbüsü, “Viləş” uşaq bağçasının direktoru Şəfa Allahverdiyevanın təşkilatçılığı, yerli sahibkar və xeyriyyəçilərin, Rusiya Federasiyasında yaşayan xeyirxah soydaşlarımızın maddi dəstəyilə inşa edilib.
Evin açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, təşkilatçılar, dəstək olanlar, şəhid ailələri iştirak ediblər.
Ailə üzvləri onların mənzil şəraitin yaxşılaşdırılmasına görə Ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə, eləcə də zəhməti olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

 

Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə