Təqvim
Transplantasiya ilə bağlı qəbul edilən vacib qərar
15 avqust 2023 - 19:41

Transplantasiya ilə bağlı qəbul edilən vacib qərar

Bu günlərdə Nazirlər Kabineti tərəfindən 150 nəfərə böyrək, 100 nəfərə qaraciyər və 20 nəfərə sümük iliyi köçürmələrinin İcbari Tibbi Sığorta Xidmətləri Zərfinə daxil edilməsi ilə bağlı mühüm qərar imzalanıb.

CAN VƏTƏN xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü, transplantoloq professor Nuru Bayramov bildirib.

O qeyd edib ki, bu hadisəni Azərbaycanda orqan transplantasiyası səhəsində atılmış ən böyük addımlardan biri kimi qiymətləndirmək olar. 

"Qeyd etmək lazımdır ki, son illər dövlətimiz transplantasiya səhəsinə böyük diqqət göstərməkdədir. 2020-ci ildə Milli Məclis tərəfindən hazırlanan və prezidentimiz İlham Əliyev tərəfindən təsdiq edilən “İnsan orqan və toxumalarının donorluğu və transplatasiyası” qanunu qüvvəyə minmişdir. Digər bir mühüm hadisə kimi Səhiyyə Nazirliyi nəzdində Tranplatasiya üzrə Kordinasiya Mərkəzinin və Etika Komissiyasını təşkilini göstərmək olar. Bunlarla birlikdə son günlərdə qaraciyər, böyrək və sümük iliyi köçürülmələrinin İcbari Tibbi Sığorta Xidmətlər Zərfinə daxil edilməsi ölkəmizdə orqan köçürülməsinə ehtiyacı olan yüzlərlə xəstənin şəfa tapmasına böyük dəstəkdir. Bu həmçinin ölkəmizdə elmi və praktik transplantasiyanı inkişafına da böyük təkan olacaqdır. 

Mütəxəssis kimi, bu qərarı alqışlayır, bu işdə əməyi keçənlərə öz adımdan və nicat gözləyən xəstələrimiz adından minnətdarlığımı bildirirəm", - professor bildirib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə