CAN VƏTƏN-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan videodan aydın görünür ki, Azərbaycan hərbçiləri bayrağımızı qaldırarkən erməni silahlıları tərəfindən atəşə tutulub. İnsident nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmov xəsarət alıb. Ordumuz Laçın istiqamətində düşmənin atəş nöqtələrini susdurub, əməliyyat şəraitini nəzarətə götürüb. CAN VƏTƏN Trend-ə istinadən xəbər verir ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçidin açılmayacağı bildirilir. Xatırladaq ki,15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.Laçındakı təxribatın VİDEOSU
Ermənistan silahlı qüvvələrinin "Laçın" sərhəd-buraxılış məntəqəsində törətdiyi təxribatın görüntüləri yayılıb.“Laçın” sərhəd məntəqəsində hərəkət DAYANDIRILDI
Hazırda "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.
Bütün hüquqlar qorunur © 2025