Təqvim
Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir: Laçın postundan keçid başladı
07 iyun 2023 - 22:41

Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir: Laçın postundan keçid başladı


Qarabağdakı ermənilərin Laçın postundan heç bir maneə olmadan kütləvi şəkildə keçdiyinə dair görüntülər yayılıb.


CAN VƏTƏN Publika.az-a istinadən xəbər verir ki, bu görüntülər “ermənilər Laçın sərhəd-keçid məntəqəsindən istifadə etməyəcəklər” iddialarını alt-üst etməklə yanaşı, “ermənilər Qarabağı kütləvi şəkildə tərk edir” fikirlərini də önə çıxarıb.

Ermənistan mediası yazır ki, 28 nəfər bir gündə Laçın postundan keçməklə Qarabağdan Ermənistana gəlib.

“Bu şəxslərin geri qayıtması sual altındadır, çünki bir çoxları Qarabağda yaşamaq üçün perspektiv görmür, hətta yeni hərbi toqquşmaların olması qorxusu da var. Ona görə Ermənistana gələnlərin geri qayıdacağı bəlli deyil. Hazırda minlərlə insan Ermənistana gəlmək üçün növbələrini gözləyir”, - deyə erməni mənbələr yazırlar.

Separatçı rejim erməni əhalisinin Qarabağda yaşamasını çətinləşdirən əsas problemə çevrilib. Əhalinin bir qismi bölgəni tərk etmək, digər qismi Azərbaycan vətəndaşlığı altında rahat yaşamaq istəsə də, separatçılar öz mövcudluqlarını qorumaq üçün onların nə getməsinə, nə də Azərbaycana inteqrasiya olunmasına imkan vermir. Bu situasiya fonunda Ermənistana gedən ermənilərin bir daha Qarabağa qayıtmayacağı reallığı ortaya çıxır. Bundan öncə bir çox erməninin Laçın yolundan keçmək imkanı yaranan kimi bölgəni tərk edəcəyinə dair fikirləri sosial platformalarda və mediada yayılırdı. Görünür, getmək istəyənlər ilk imkanda bölgəni tərk edirlər. Azərbaycan erməni əhalisinə azad seçim təqdim edir: ya vətəndaşlığı qəbul edin, ya da istədiyiniz yerə getmək üçün bütün şərait yaradılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə