Təqvim
Ukraynada qadınların hərbi qeydiyyatı başlayır
05 sentyabr 2022 - 22:35

Oktyabrın 1-dən Ukraynada qadınlar könüllülük əsasında hərbi qeydiyyata alınacaqlar.

Ölkənin müdafiə nazirinin müavini Anna Malyar deyib. 

O vurğulayıb ki, Ukrayna hakimiyyəti ukraynalı qadınlar üçün səyahət məhdudiyyəti qoymağı planlaşdırmır.

“İndi Ukraynanın silahlı qüvvələrinə hələ də qadınlara ehtiyac var - tibb, radiotexnika və qida texnologiyaları üzrə mütəxəssislər lazımdır Ancaq digər peşələrə gəlincə, söhbət könüllü qeydiyyatdan gedir. Arzusu olan, həvəsli olan qadınların qeydiyyatdan keçmək hüququ olmalıdır, biz onları bu hüquqdan məhrum etməməliyik”, - deyə xanım Malyar bildirib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə