Prezident İlham Əliyev “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 20 sentyabr 2006-cı il tarixli sərəncamında dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın üzvü olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin I müavini nazir müavini ilə əvəz olunub.
Bütün hüquqlar qorunur © 2024