Gülağa Tənha: V Ə T Ə N Hər oğulun əzəli
Mənim sadiq yarım qara torpaqdı…
Yunus Əmrə.
Qəsəmi, andı – Vətən.
Ruhu – Vətəndi, yenə
Ruhuna candı Vətən.
Odur mənim varım da,
Odur sadiq yarım da,
Mənim şah damarımda,
Çağlayan qandı Vətən.
Kim gəzişir, kim çəkir,
Kim şumlayır, kim əkir,
Kim hardan hara çəkir,
Sənə əyandı, Vətən!
30 aprel, 2001
Bütün hüquqlar qorunur © 2025