02 sentyabr 2022 - 22:17
Gülağa Tənha:
V Ə T Ə N
Mənim sadiq yarım qara torpaqdı…
Yunus Əmrə.
Hər oğulun əzəli
Qəsəmi, andı – Vətən.
Ruhu – Vətəndi, yenə
Ruhuna candı Vətən.
Odur mənim varım da,
Odur sadiq yarım da,
Mənim şah damarımda,
Çağlayan qandı Vətən.
Kim gəzişir, kim çəkir,
Kim şumlayır, kim əkir,
Kim hardan hara çəkir,
Sənə əyandı, Vətən!
30 aprel, 2001