Təqvim
Vahid 2% vergi olacaq, vergi güzəştləri azaldılacaq
23 oktyabr 2018 - 16:50

2019-cu ildən etibarən ölkənin müəyyən edilmiş iqtisadi və sosial inkişaf hədəflərinin özündə əks etdirən ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına başlanılacaq.

Bu barədə 2019-cu il dövlət büdcəsi zərfində əks olunan büdcə-vergi siyasətinin əsas istiqamətlərində bildirilir. 

Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminal vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi büdcə vergi siyasətinin əsas istiqamətlərindəndir. Bundan başqa, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların iştirakının təmin etmək üçün neft və qaz məhsullları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin istehlakçılara geri qaytarılması prinsiplərinin tətbiqi nəzərdə tutulur.

Ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsi (2%), əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi(topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 3 nəfərdən çox olan istehsal fəaliyyəti və s.)və bu sahədə mövcud olan vergi güzəştlərinin azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi vergi siyasətinin istiqamətləridir.

Həmçinin qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehlakçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi və kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması nəzərdə tutulur. 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə