Təqvim
Gülağa Tənha: BU SEVGİ ÖMRÜMƏ QƏFİLDƏN GƏLDİ
28 iyul 2022 - 14:02

Gülağa Tənha:

 

BU SEVGİ ÖMRÜMƏ QƏFİLDƏN GƏLDİ

 

 

Bu sevgi ömrümə

qəfildən gəldi.

Nə sağına baxdı, 

nə də soluna,

Baxmadı keçilən

həyat yoluna.

 

 

Açıb ürəyimin 

qapılarını, 

özüylə gətirdi

tər baharını.

Onun gəlişiylə

dəyişdi dünyam.

Tamam başqa rəngə

boyandı həyat.

Bu sevgi

gözümə nurunu saçdı,

Bir də ürəyimə 

verdi qol-qanad…

 

 

Qayğıların məni

seçdiyi vaxtda,

Ömrümün yarıdan

keçdiyi vaxtda,

Kədərin sevinci

əzdiyi  vaxtda,

Qara buludların 

başımın üstündə

dolanıb-dolanıb

gəzdiyi vaxtda,

Bu sevgi ömrümə

qəfildən gəldi.

 

 

Nə sağına baxdı, 

nə də soluna,

Yoxsa gedəcəkdim

mən öz yolumla.

Dəyişdi aləmi

O, bircə anda.

Qoymadı bu ömrü

rahat yaşayım.

Dəyişdi dünyanı,

bu kainatı…

Mən belə bilməzdim

heç vaxt həyatı!

 

Moskva, 25.06.2004

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Masallının təhsil işçisi “Əməkdar müəllim” fəxri adına layiq görülüb Akif Ağayev, +FOTO21:43, 05 oktyabr 2022
İlham Əliyevdən Ermənistana növbəti XƏBƏRDARLIQ15:40, 05 oktyabr 2022
Gülağa Tənha: VƏTƏN YARALANMASIN15:33, 05 oktyabr 2022
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Milli Şəhərsalma Forumun açılış mərasimində iştirak edirlər +FOTO15:30, 05 oktyabr 2022
“Zərərli vərdişlərdən imtina” – Masallıda maarifləndirici seminar Akif Ağayev +FOTO=415:26, 05 oktyabr 2022
Masallıda Teymur Bayrəməlibəyovun büstünün açılışı Akif Ağayev, +FOTO=413:46, 25 sentyabr 2022
Gülağa Tənha: BİRİ SƏNSƏN, BİRİ DƏ MƏN20:05, 24 sentyabr 2022
Finlandiya rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək 23:37, 23 sentyabr 2022
Almaniyada səfərbərlikdən yayınan rusiyalılara siyasi sığınacaq veriləcək 23:34, 23 sentyabr 2022
İsraildə erməni təxribatlarına etiraz edildi 23:33, 23 sentyabr 2022
Gülağa Tənha: «GECƏNİ ƏYNİNƏ GEYİNMİŞ AYAM…»14:07, 23 sentyabr 2022
NADİR AĞAYEV – 87 Akif Ağayev, +FOTO=1511:26, 23 sentyabr 2022
Gülağa Tənha: QƏLƏMİM17:55, 22 sentyabr 2022
Onlar Putinin qohumu ilə dəyişdirildilər 17:49, 22 sentyabr 2022
Rusiya hava limanlarında ölkədən çıxmaq istəyən kişiləri dindirirlər 17:47, 22 sentyabr 2022
Sürücülük imtahanları belə təşkil ediləcək 17:45, 22 sentyabr 2022
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi 17:42, 22 sentyabr 2022
Gülağa Tənha: NƏRGİZİM22:21, 21 sentyabr 2022
Nijni Novqorod - Yerevan təyyarəsində sərnişin öldü 22:19, 21 sentyabr 2022
İlham Əliyev Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib +FOTO=522:15, 21 sentyabr 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə