Gülağa Tənha: DAĞLAR Atamın qəbri üstündə düşüncələr Qara dərd üstün gəlir, Yol alım hara, dağlar? Namərd düşmən əlindən Gəldim zinhara, dağlar. Sellər-sular çağladı, Yollarımı bağladı. Dərd sinəmi dağladı, Üz sürtüm qara, dağlar. Gözü dolan dərdimi, Rəngi solan dərdimi, Tel-tel olan dərdimi Yelinlə dara, dağlar! Masallı, 24 mart, 1983
Bütün hüquqlar qorunur © 2024