27 iyul 2022 - 15:30
Gülağa Tənha:
DAĞLAR
Atamın qəbri üstündə düşüncələr
Qara dərd üstün gəlir,
Yol alım hara, dağlar?
Namərd düşmən əlindən
Gəldim zinhara, dağlar.
Sellər-sular çağladı,
Yollarımı bağladı.
Dərd sinəmi dağladı,
Üz sürtüm qara, dağlar.
Gözü dolan dərdimi,
Rəngi solan dərdimi,
Tel-tel olan dərdimi
Yelinlə dara, dağlar!
Masallı, 24 mart, 1983