Gülağa Tənha: NEÇƏ VAXTDI Elə gileylidi, ay üzü göyçək, Nərgiz naz-qəmzəni satmır ki, satmır, Mən deyən olmadı… 13 mart, 2003
Sığala tamarzı tel neçə vaxtdı.
Sənsiz qəribsəyib yetim uşaqtək,
Telinə can atan yel neçə vaxtdı.
Budaq yarpağını atmır ki, atmır,
Tumara, sığala yatmır ki, yatmır,
Səndən ətir almış gül neçə vaxtdı.
Ayrı zamandı,
Həsrətin sazağı daha yamandı.
Dilotumu yeyib, Allah, amandı,
Qılığa yatmayan dil neçə vaxtdı.
Bütün hüquqlar qorunur © 2025