Çapa göndər
Gülağa Tənha: NEÇƏ VAXTDI

25 iyul 2022 - 13:32

Gülağa Tənha:

NEÇƏ  VAXTDI

 

Elə gileylidi, ay üzü göyçək,
Sığala tamarzı tel neçə vaxtdı.
Sənsiz qəribsəyib yetim uşaqtək,
Telinə can atan yel neçə vaxtdı.

 

Nərgiz naz-qəmzəni satmır ki, satmır,
Budaq yarpağını atmır ki, atmır,
Tumara, sığala yatmır ki, yatmır,
Səndən ətir almış gül neçə vaxtdı.

 

Mən deyən olmadı…
Ayrı zamandı,
Həsrətin sazağı daha yamandı.
Dilotumu yeyib, Allah, amandı,
Qılığa yatmayan dil neçə vaxtdı.

 

                                     13 mart, 2003