Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayib. Məktubda deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına firavanlıq və inkişaf, ölkələrimiz arasındakı sıx əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini diləyirəm. Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.
Bütün hüquqlar qorunur © 2024