Çapa göndər
Qətər əmiri İlham Əliyevi təbrik etdi

02 iyun 2022 - 17:42

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayib. 

Məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına firavanlıq və inkişaf, ölkələrimiz arasındakı sıx əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini diləyirəm.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.