Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür. Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir. Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə düşür. Aşura günündə ənənəvi qanvermə aksiyaları keçirilir. Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.
Bütün hüquqlar qorunur © 2025