Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb. Hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib. Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb. Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb. Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025