Yaxın gələcəkdə neft hasilatımız davamlı əsasda sutkada 11 milyon barelə çatacaq". "Bİ" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fələh TASS-a müsahibəsində deyib. "Ona görə də indi sutkalıq istehsal gücümüzü hazırkı 12 milyon bareldən 13 milyona qədər artırıb-artırmayacağımıza dair qərar verməliyik. Bu qərar 20 milyard dollardan 30 milyard dollara qədər mərhələli investisiya tələb edir", - nazir bildirib. Bundan başqa, yeni OPEC+ sazişi dekabrın 7-də imzalana bilər. Saziş müddətsiz olacaq və o, yanvar ayından etibarən hasilatın tənzimlənməsinə imkan verəcək.
Bütün hüquqlar qorunur © 2025