Təqvim
Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb (+FOTOLAR)
24 oktyabr 2019 - 16:16

Canveten.az xəbər verir ki, dünən Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı olub.Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgidə rəssamın yaradıcılığına həsr olunmuş “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabının təqdimatı da keçirilib.

Tədbiriaçan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərgidəAzərbaycanın ilk qadın teatr rəssamı Bədurə Əfqanlının müxtəlif dövrlərdə teatr, kino və rəqs incəsənəti sahəsində yaratdığı eskizlərin, onun yaradıcılığı ilə bağlı çap olunmuş materialların nümayiş etdiriləcəyini bildirib. Bədurə xanımınşəxsi arxivindən götürülən əlyazmaların, fotolarının ilk dəfə sərgilənəcəyini vurğulayıb.O, eyni zamanda təqdimatı keçirilən “BƏDURƏ ƏFQANLI – teatr, kino, rəqs: geyim və obrazlar” kitabında rəssamınteatr, kino və rəqs incəsənəti sahələrində yaratdığı rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya eskizlərinin toplandığını diqqətə çatdırıb.

Mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva çıxışı zamanı Bədurə Əfqanlını Azərbaycanın təsviri sənət tarixində müstəsna yeri olan sənətkar kimi dəyərləndirib: “Bədurə Əfqanlıyaradıcı ömrünün 40 ilini teatra və milli rəqs geyimlərinin yaradılmasına, 15 ilini isə kino sənətinə həsr edib.O, bu sahələr üzrə olduqca dəyərli əsərlər yaradıb, Azərbaycan teatr, kino və rəqs geyimi ənənələrinin inkişafına əvəzsiz töhfələr verib. Qeyd etməliyik ki, ötən əsrin ikinci yarısında formalaşan rəqs, geyim rəssamlığı da məhz Bədurə Əfqanlının adı ilə bağlıdır”.

S.Məmmədəliyeva təqdim olunan “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabında zəngin yaradıcılığa malik rəssamın sənətə gəldiyi dövrdən (1933) sonrakı 70 ildən artıq müddətdəfəaliyyətinin öz əksini tapdığını vurğulayıb. Kitabın nəşrini rəssamın irsinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib.

“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli XX əsr Azərbaycan rəssamlıq, teatr, kino, rəqs sənətini Bədurə Əfqanlısız təsəvvür etməyin mümkünsüz olduğunu bildirib: “Onun yaratdığı əsərlər bir məktəbdirvə bu məktəb daim yaşayacaq.Bu günə qədər “Leyli və Məcnun” tamaşaları üçün geyimlər hazırlanarkən vaxtilə Bədurə Əfqanlının yaratdığı eskizlərdən istifadə olunur. İndiyədək Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və digər rəqs qrupları rəssamın eskizləri əsasında geyimlər tikir və onu örnək kimi görürlər”. R.Gülməmmədli Bədurə Əfqanlınınrəqs sənətinə ilk dəfə xəlqilik gətirdiyini də xüsusi vurğulayıb.

Tədbirdə milli musiqilərimiz səsləndirilib, “Naz eləmə” və “İnnabı” rəqsləri ifa olunub.Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi oktyabrın 28-dək davam edəcək.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, MUSİQİ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə