Təqvim
“Sərhədsiz muzey” (+FOTOLAR)
15 noyabr 2019 - 01:16

Canveten.az xəbər verir ki, dünən Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçirilib. 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar təşkil olunan tədbiri giriş nitqi ilə muzeyin direktoru Şirin Məlikovaaçıb. O, ölkəmizin ilk inklüziv muzeyi olan Azərbaycan Milli Xalça Muzeyində artıq görmə qabiliyyəti məhdud insanlar üçün eksponatlar barədə mətnlərin ikinci mərtəbədə də Brayl əlifbası ilə təqdim olunduğunu diqqətə çatdırıb. Həmçinin burada xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçik ölçülü xalça nümunələrinin nümayiş etdirildiyini bildirib.Şirin xanım bu nümunələrin muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən 9 ay müddətində hazırlandığını deyib. Görmə qabiliyyəti məhdud insanlarınhəmin xalça növlərinin toxunuş müxtəlifliyini taktil (toxunma) üsulla duya bildiklərini vurğulayıb.

Direktor onu da qeyd edib ki, muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla 2019-cu ilin əvvəlindən taktil üsulla, həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür: “Eyni zamanda, həmin dövrdən etibarən muzeyin Ənənəvi texnologiya və Uşaq şöbələrinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərsləri keçirlər. Muzeyimizdə əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün də lazımi şərait var”.

AçılışdaMədəniyyət NazirliyiMuzeyişi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə işsektorunun müdiri Nərgiz Abdullayeva, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova, Dövlət Ermitaj Muzeyinin Qiymətli metalların bərpası laboratoriyasının rəhbəri Malkiel İqor Karloviç də çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Sektor müdiri Nərgiz Abdullayeva Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirin fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıdığını bildirib. Nərgiz xanım xüsusi qayğıya ehtiyacı olan insanların daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu, onların mütəmadi şəkildə sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində məqsədyönlü, sistemli, kifayət qədər geniş, əhatəli layihə və proqramlar həyata keçirildiyini vurğulayıb. O, cəmiyyətin ən həssas təbəqəsini nəzərə alaraq, həyata keçirilən bu layihəni isə Azərbaycan Milli Xalça Muzeyinin növbəti uğuru kimi dəyərləndirib. Gələcəkdə ölkəmizdə fəaliyyət göstərən digər muzeylərin də bu təcrübədən yararlanmasınınönəmini diqqətə çatdırıb.

Sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsi ilə tanış olublar.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi və “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi birgə xeyriyyə məqsədli sərgi-satış yarmarkası keçirib. Yarmarkada birliyin üzvü olan fiziki məhdudiyyətli insanların əl işləri təqdim olunub.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, MUSİQİ
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə