Təqvim
Bu şəxslərə dərman pulsuz veriləcək
26 yanvar 2022 - 18:54

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, İTSDA tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur. "Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında, yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir. Boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir”.Bildirilib ki, agentliyə müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur: “Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar”.

 

Həmçinin qeyd olunub ki, Agentliyin icrasında olan aşağıdakı Dövlət və Tədbirlər Proqramı çərçivəsində dərman təminatı ödənişsiz həyata keçirilir:
• Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı
• Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı
• Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı
• Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı
• Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)
• Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)
• Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)

 

Bundan əlavə, COVID-19 xəstəliyinə yoluxan vətəndaşlara ambulator şəraitdə dərman paketinin təminatı Bakı şəhəri üzrə Səhiyyə Nazirliyi, digər şəhər və rayonlar üzrə isə TƏBİB tərəfindən həyata keçirilir. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Vətənpərvər şair Gülağa Tənhanın Azərbaycan xalqına BAYRAM TƏBRİKİ14:27, 21 mart 2023
Yüksək vəzifəli məmurlar saxlanıldılar 14:12, 21 mart 2023
Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq 10:46, 20 mart 2023
Gülağa Tənha "Ya Rəbbim"... (+VİDEO)10:39, 20 mart 2023
Mehriban Əliyevadan Novruz TƏBRİKİ 10:27, 20 mart 2023
Gülağa Tənha - şairin öz səsi ilə (+ViDEO)10:37, 19 mart 2023
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olublar +FOTO=9500:58, 19 mart 2023
Suqovuşanda inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyuldu +FOTO=500:44, 19 mart 2023
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə tanış olublar +FOTO=1000:36, 19 mart 2023
İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib +FOTO=600:26, 19 mart 2023
DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var10:46, 18 mart 2023
Məhkəmə Putinin həbsinə order verdi 10:30, 18 mart 2023
GÜLAĞA TƏNHA: KÖHNƏ ALBOMDAKI KÖHNƏ ŞƏKİLLƏR10:27, 18 mart 2023
Qarabağdakı sülhməramlılar arasında ölənlər var 14:21, 17 mart 2023
Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşdı 14:07, 17 mart 2023
ALLAH adamı, vətənpərvər şair GÜLAĞA TƏNHA tərəfindən Masallı və Lənkəranda bayram sovqatı paylanılıb +FOTO=3013:52, 17 mart 2023
Bu ölkədə də "TikTok"dan istifadə qadağan ediləcək 13:25, 17 mart 2023
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var13:17, 17 mart 2023
İranda hicab qanununu pozanlar cəzalandırılacaq15:08, 16 mart 2023
Gülağa Tənhanın Vətən haqqında fikiri... (+ViDEO)14:53, 16 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə