Təqvim
İnfeksionist Omikronun əsas əlamətlərini açıqladı
14 yanvar 2022 - 14:55

Koronavirus infeksiyasının Omikron variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştamm yüksək yoluxucudur.

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

Onun sözlərinə görə, bir sıra ölkələrdə Omikronun Delta ştammını sıxışdıraraq, qısa müddət ərzində dominant ştamma çevrildiyi müşahidə olunur:

 

"Sürətlə yayılan Omikron ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir. Omikron variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi olkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb".

 

Mütəxəssis qeyd edib ki, başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir:

 

“Omikron və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olan şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur). COVİD-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun Omikron ştammı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur”.

 

İnfeksionist Omikron ştammının spesifik simptomlarını da açıqlayıb:

 

"Yeni ştammın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsinə daha az rast gəlinir. İndi Omikron və Delta olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil".

 

"Yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək. Hər bir şəxs məsuliyyətli olmalıdır; bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcrid etməli, təmaslarını azaltmalı, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalıdır. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır", - nazirlik rəsmisi yeni ştamlardan qorunma üsullarından danışarkən deyib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Vətənpərvər şair Gülağa Tənhanın Azərbaycan xalqına BAYRAM TƏBRİKİ14:27, 21 mart 2023
Yüksək vəzifəli məmurlar saxlanıldılar 14:12, 21 mart 2023
Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq 10:46, 20 mart 2023
Gülağa Tənha "Ya Rəbbim"... (+VİDEO)10:39, 20 mart 2023
Mehriban Əliyevadan Novruz TƏBRİKİ 10:27, 20 mart 2023
Gülağa Tənha - şairin öz səsi ilə (+ViDEO)10:37, 19 mart 2023
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olublar +FOTO=9500:58, 19 mart 2023
Suqovuşanda inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyuldu +FOTO=500:44, 19 mart 2023
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə tanış olublar +FOTO=1000:36, 19 mart 2023
İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib +FOTO=600:26, 19 mart 2023
DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var10:46, 18 mart 2023
Məhkəmə Putinin həbsinə order verdi 10:30, 18 mart 2023
GÜLAĞA TƏNHA: KÖHNƏ ALBOMDAKI KÖHNƏ ŞƏKİLLƏR10:27, 18 mart 2023
Qarabağdakı sülhməramlılar arasında ölənlər var 14:21, 17 mart 2023
Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşdı 14:07, 17 mart 2023
ALLAH adamı, vətənpərvər şair GÜLAĞA TƏNHA tərəfindən Masallı və Lənkəranda bayram sovqatı paylanılıb +FOTO=3013:52, 17 mart 2023
Bu ölkədə də "TikTok"dan istifadə qadağan ediləcək 13:25, 17 mart 2023
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var13:17, 17 mart 2023
İranda hicab qanununu pozanlar cəzalandırılacaq15:08, 16 mart 2023
Gülağa Tənhanın Vətən haqqında fikiri... (+ViDEO)14:53, 16 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə