Təqvim
MEK-də “Qarabağ Zəfərinin memarı” adlı tədbir keçirilib +FOTO=11
24 dekabr 2021 - 18:42

24 dekabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar “Qarabağ Zəfərinin memarı” adlı lektoriya keçirilib.

 

Elm adamları, doktorant və dissertantlar iştirak etdiyi lektoriyada ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən, MEK-in baş direktoru professor Məmməd Əliyev 60 yaşlı Prezidentin sadəcə xalqının deyil, müharibə dövründə göstərdiyi diplomatik siyasətlə bütün dünyanın hörmətini qazanmış rəhbərə çevrildiyini bildirib.

 

“Dünya tarixinə adını fatehlər sırasında yazdıran İlham Əliyev Qarabağ fatehinə çevrilərək adını hərbi –siyasi tariximizə qızıl hərflərlə həkk etdirdi! Xüsusi siyasi intellektə, geniş dünyagörüşünə, bir neçə dünya dillərinə dərindən bələd olan Ali Baş Komandan tarixi ədaləti 44 günlük Vətən müharibəsi dövründə həm dəmir yumruqla masada, həm də dərin siyasi diplomatiyası ilə beynəlxalq arenada bərpa etdi. Zəfərə gedən yola illər öncə başlayan Prezident İlham Əliyev, ən doğru zamanı gözləyərək, ən çətin anlarda addım-addım irəlilədi. İlk öncə Azərbaycan Ordusunu gücləndirən Ali Baş Komandan, digər tərəfdən dünya arenasında təkrarsız diplomatik bacarığı ilə ölkənin siyasi, iqtisadi infrastrukturunu daha da artırdı”- deyə, baş direktor Məmməd Əliyev bildirib.

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov lektoriyada geniş məruzəsi zamanı ümummilli lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın regionun ən güclü dövlətinə çevrildiyini vurğulayıb. Azərbaycanın tarix boyunca müxtəlif təzyiqlərə məruz qaldığını qeyd edən alim, ölkəmizin inkişafı naminə Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini də  nəzərə çatdırıb. Professor Cəbi Bəhramov həmçinin qeyd edib ki, Prezident İlham Əliyev bir milyon qaçqının üzərindən “qaçqın” adı statusunu götürərək Azərbaycan xalqını qələbəyə çatdırdı. “Cənab Prezident İlham Əliyev Şah İsmayıl ordeninə layiq ümummilli qəhrəmandır!”- deyə, tarixçi alim vurğulayıb.

 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli çıxışı zamanı İlham Əliyevi nəinki böyük siyasətçi, həm də ailəsinə, torpağına, xalqına bağlı gənclərə örnək olacaq şəxsiyyət kimi xarakterizə edib. Alim özünün müəllifi olduğu və cari ildə işıq üzü görən “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu” adlı kitabını Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

 

Tədbirin bədii hissəsində Muğam Televiziya müsabiqəsinin laureatı Sədəf Budaqovanın maraqlı ifası dinlənilib.

Sonda tədbir iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasətindən bəhs edən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə