ABŞ-ın Kolorado ştatının Denver şəhərindəki zooparkda yaşayan kaftarlarda ilk dəfə yeni növ koronavirus (COVID-19) aşkarlanıb. Zooparkdakı heyvanlardan nümunələr götürülüb və müayinə ediliblər. Müayinələrdən sonra zooparkda olan 2 kaftar, 11 şir və 2 pələngə COVID-19 diaqnozu qoyulub və bunun hiyenlər üçün bir ilk olduğu vurğulanıb. Qarayara, quduzluq kimi xəstəliklərə qarşı çox davamlı olan kaftarların COVID-19-a ən qısa zamanda qalib gələcəyi ümid edilir. Zooparkda bundan öncə COVID-19-a tutulmuş digər heyvanların tam sağaldığı bildirilir.
Bütün hüquqlar qorunur © 2023