GT film studio bu dəfə sizə xeyriyyəçi-şair Gülağa Tənhanın şeirinə bəstələnmiş lirik mahnı və mahnıya uyğun şeir təqdim edir. “Mənə dönəmməzsən” şeirinə müraciət edən bəstəkar: İlhamə Adilqızı, ifaçı isə Ramal İsrafilovdur. Video link bölməsində təqdim etdiyimiz ikinci şeir “SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…” adlanır. Qiraətçi Azər Abdullayev bu şeiri, müəllif Gülağa Tənhanın kitab təqdimatında səsləndirmişdir. SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM… Sevdiyimiz yaz nəğməsi oxunanda, Gəmilərtək qarşılaşdıq bir limanda, Bir ümid ver ovunmayan qəmim üçün, Çiçək açdı, yarpaq tökdü sevgi bağı, Gülağa Tənha
MƏNƏ DÖNƏMMƏZSƏN…
Qayıtma,
geriyə yollar bağlıdı,
Bir də bu ünvana gəlməyin – çətin.
Heç kimi qınama, öz günahındı,
Sonu vüsal olmur hər məhəbbətin.
Mənə dönmək üçün nə vaxtdan bəri,
Dərələr keçirsən, dağlar aşırsan.
Əllərin əlimə çatmır, ah çəkib
mənim xatirəmlə pıçıldaşırsan.
Soyuq baxışınla o vaxtdan bəri,
Sən mənim duyğuma qan uddurmusan.
Səni unutmazdım…
Yox, unutmazdım,
Sən özün özünü unutdurmusan.
Ayrıldıq…
Bu ağır həsrətə görə,
Səni yox, özümü əfv eləmişəm.
Canıma ruh kimi dolan sevgimi,
Qəlbimdə biryolluq dəfn eləmişəm.
Mənə dönəmməzsən…
Yollar bağlıdı,
Gözündə min həsrət bitirmisən sən.
Mənim ürəyimə dönmək haqqını
Ayrılıb gedəndən itirmisən sən!..
Ürəyimiz əzabları dərd etmədi.
Nəfəsimiz bir-birinə toxunanda
Zaman nədir, məkan nədir –
fərq etmədi.
Qoşalaşıb yelkən açdıq bir ümmanda,
Sən nə etdin? –
Sevgi qəlbə sığmayanda
Həsrət mənim ümidimi qərq etmədi?
Şah pərdədə haray çəkən simim üçün.
Bir nəğmə var – sənin üçün, mənim üçün,
Nə yaxşı ki, onu yadlar eşitmədi.
Yer süpürdü son baharın qaş-qabağı…
Ay insafsız, sinəmizdən sevgi dağı,
Sən də getdin, mən də getdim, o getmədi…
Bütün hüquqlar qorunur © 2025