Təqvim
Qonşu ölkədə COVİD-19-un yeni ştammı AŞKARLANDI
21 oktyabr 2021 - 12:45

Rusiyada koronavirusun yeni “AY.4.2” ştammına yoluxma halları aşkar olunub.

 

Bunu Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun İnsan xəstəliklərinin diaqnostikasının yeni üsullarının işlənib hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Hafizov deyib. 

 

Ekspert qeyd edib ki, koronavirusun yeni variantının aşkar olunması Rusiyada yoluxma sayının artmasına təkan verə bilər. K.Hafizov bununla yanaşı bildirib ki, Rusiyadakı vaksinlər virusun yeni versiyasına qarşı effektivdir. 

 

Qeyd edək ki, koronavirusun “AY.4.2” ştamı ilk dəfə Böyük Britaniyada aşkar olunub. Britaniyalı alimlərin məlumatına görə, sözügedən ştam “Delta” ştamının mövcud olan 45 altnövlərindən biridir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə