Təqvim
İnfeksionistdən vətəndaşlara XƏBƏRDARLIQ
04 oktyabr 2021 - 23:11

Yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma dinamikasında son həftələr azalma müşahidə edilir. Lakin ötən illə müqayisədə, yoluxmanın hələ də yüksək olduğu bəllidir. Ötən ilin eyni dövründə koronavirusa sutkalıq yoluxma sayı ikirəqəmli olduğu halda, bu il epidemioloji göstərici hələ də üçrəqəmlidir. Pandemiya davam etdiyi müddətdə belə artım və azalmaların olması təbiidir. Nəzərə almaq lazımdır ki, hazırda ölkədə koronavirusun “delta” ştamı ilə yoluxma qeydə alınır və həmin ştam daha sürətlə yayılma xüsusiyyətə malikdir. Həmçinin ali və orta təhsil müəssislərinin fəaliyyəti bərpa edilib. Yəni, yoluxmanın yenidən artması üçün “münbit” şərait var. İstənilən halda, vətəndaşlar müəyyən qədər azalmanın olmasına baxmayaraq, arxayınlaşmamalı və ümumi qaydalara əməl etməlidirlər.

 

Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə Azərtac-a bildirib ki, koronavirusdan qorunmaq üçün kütləvi toplaşmalardan uzaq durmaq, sosial məsafəni qorumaq vacib şərtdir:

 

“Həmçinin sıxlıq olan yerlərdə tibbi maskadan mütləq istifadə etmək lazımdır. Eyni zamanda, COVİD-19-un ən önəmli profilaktikası hesab edilən vaksinasiya prosesində aktiv iştirak etmək vacibdir. Vaksinasiyadan keçməyənlər mütləq şəkildə peyvənd vurdurmalı və ikinci doza peyvəndin vaxtını gecikdirməməlidirlər. Pandemiyanın qurtarması üçün dünya əhalisinin əksəriyyəti koronavirus əleyhinə vaksin vurdurmalıdır. Bu, kütləvi immunitetin formalaşması üçün əsas şərtdir. Məsləhət görürəm ki, təkcə yaşı 65-dən yuxarı olan yaşlılar və risk qrupuna daxil olanlar deyil, eləcə ortayaşlılar da üçüncü doza peyvənd vurdursunlar. Çünki delta ştamı orta yaşlılar arasında da geniş yayılıb və ölüm halları artıb”.

 

Həkim-infeksionistin dediyinə görə, koronavirusun “delta” ştamı uşaqlarda da müxtəlif ağırlaşmalara səbəb olur:

 

“Ona görə də, valideynlər diqqətli olmalıdırlar. Azyaşlı uşaqlar arasında gigiyenik qaydalarla bağlı maarifləndirmə işi aparmaq vacibdir. Doğrudur, xüsusilə ibtidai siniflərdə oxuyan uşaqların tənəffüs sistemi hələ tam inkişaf etmədiyinə görə, onlar tibbi maskadan uzun müddət istifadə edə bilmirlər, lakin uşaqların dezinfeksiyaedici məhlullardan istifadəsini və sosial məsafəni qorumalarını təmin etmək mümkündür. Qızıl qaydalara əməl etməklə və ən əsası vaksinasiya prosesində iştirak etməklə özümüzü və yaxınlarımızı qoruya bilərik”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə