Dünya birjalarında neftin qiyməti qalxıb. Bİ.az xəbər verir ki, hazırda Nyu-Yorkun “NYMEX” əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelə görə qiyməti 0,04 dollar və ya 0,05% bahalaşaraq 72,04 dollar təşkil edib. ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 1,02 dollar və ya 1,27% bahalaşaraq 81,45 dollara çatıb.
Bütün hüquqlar qorunur © 2025