Ağciyərləri siqaretin zərərlərindən qorumağın üsulu

Təqvim
Ağciyərləri siqaretin zərərlərindən qorumağın üsulu
09 sentyabr 2021 - 12:01

Xəbər verilir ki, siqaret çəkən adamların ağciyərləri ən çox zərər görən orqan sayılır. Bu səbəbdən də siqaret çəkənlərdə daima öskürmə olur. Onlar vaxtlı-vaxtsız, səhər-axşam hətta gecə yarısı da məcburən öskürürlər. Bu onların bronxlarının zədələnməsinin əlamətidir. Siqaret çəkdikdən sonra bronxlar və ağciyərləri oraya daxil olan zəhərli maddələr zədələyir. Bu zaman həmin bölgələrdə iltihabi proseslər gedir və bu proses uzun müddət davam etdikdə iltihab ocaqlar yaranmağa başlayır. İltihabi ocaqlar yarandıqda siqaret çəkənlərdə əzabverici öskürək meydana çıxır və siqaretçəkən adam öskürərək bəlğəmi xaric etrməyə çalışır. Lakin proses daha da dərinləşir və bəlğəm ağciyər köklərində yer alır. Bu zaman mütləq həkimin müdaxiləsi lazımdır.

 

Ağciyərləri siqaretin zəhərlənmələrindən təmizləməyin bir çox üsulları vardır. Bunlardan bir-neçəsini sizlərə təqdim edirik.

 

1. Orqanizmin kompleks şəkildə təmizlənməsi. Buraya ilk növbədə siqareti tərgitmək və mədə-bağırsağı, böyrəkləri yumaq, qan-damar sistemini xəstəxana şəraitində təmizlənməsi daxildir.
2. Bu zaman siqaret çəkməmək şərti ilə təmiz havada çox olmaq, siqaret çəkənlərdən uzaq durmaq və hətta mümkünsə belələrindən uzaq yaşamaq lazımdır.
3. Həkimin məsləhət etdiyi dərman vasıtələri ilə siqareti tərgitmək.
4. Siqareti tərgitmək istəyənlər üçün kurslara qatılmaq və bu vasitə ilə siqaretdən uzaq olmaq.
5. Xalq təbabəti vasitələri ilə siqareti tərgitmək. Məsələn, hər otağa dəfnə yarpağı qoymaq və gün də 3 dəfə dəmləməsini içmək. Orqanizmi möhkəmləndirən vasitələrdən istifadə etmək. Məsələn, bal və limonlu çay içmək.
6. Nəfəs yollarının gimnastikası. Bu zaman gündə 2 dəfə hər dəfə 30 dərin nəfəs alıb vermək lazımdır. Bu gimnastika üsulu ağciyərlərin həcmini genişləndirir və oraya havanın axınını təmin edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə