Saxta peyvənd bəlli olacaq: Azərbaycanda yeni sistem tətbiq OLUNDU

Təqvim
Saxta peyvənd bəlli olacaq: Azərbaycanda yeni sistem tətbiq OLUNDU
28 avqust 2021 - 11:48

COVID-19 pasportunun xaricdən Azərbaycana qayıdan vətəndaşlarımızın ölkəyə daxil olması üçün yetərli olmadığı məlum olub. Pasportla yanaşı koronavirus testinin neqativ nəticələri ilə bağlı sənəd də ölkəmizə səfər üçün əsas vermir.

Hava Limanında bu iki sənəddən əlavə immun testindən keçmək də tələb olunur.

Qeyd edək ki, xaricdən qayıdan vətəndaşlarımız dünyanın digər ölkələrinin hava limanlarında bu cür durumla üzləşmədiklərini bildiriblər.


AZAL-ın mətbuat xidmətinin rəbəri Paşa Kəsəmənski açıqlamasında bildirib ki, ölkəyə səfərlərlə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Həmin qaydalarda COVID pasportu və koronavirus testinin nəticələri ilə yanaşı immun sertifikatı da tələb olunur.

Ölkəmizə girişin ciddi qorunması sevindirici haldır. Bununla belə sual yaranır – Əgər vətəndaşın COVID-19 pasportu varsa, eləcə və koronavirus testinin nəticələri neqativdirsə, immun sertifikatının tələb olunmasına ehtiyac varmı?

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev açıqlamasında bildirib ki, immun sertifikatının tələb olunmasının əsas səbəbi saxta peyvənd pasportlarıdır:

"Kimsə gedib, saxta peyvənd pasportu ala bilər, amma qandan analiz verən zaman bilinir ki, immunitet yoxdur və saxta pasport alıb. Bu saxta peyvənd pasportlarına qarşı bir mübarizədir”.

Həkimin sözlərinə görə, eləcə də ölkəyə giriş yalnız koronavirus testinin nəticələri əsasında reallaşa bilməz:

"Testin nəticələri onun yoluxmadığını göstərsə də, pevənd olunmayıbsa, o gəlib yoluxa, ağırlaşa və başqalarını da yoluxdura bilər”.Azia.az

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə