Gürcüstanda 5 nəfərdən çox adamın toplaşaçağı açıq havada qoruyucu maska taxmaq məcburi olacaq. Bununla bağlı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib. Məcburiyyət avqustun 10-dan etibarən tətbiq ediləcək. Bildirilib ki, ölkədə son zamanlar epidemioloji vəziyyət daha da kəskinləşib. Maskadan məcburi istifadə barədə qərar da məhz bu səbəbdən qəbul olunub. Gürcüstanda açıq havada maskadan istifadə tələbi iyunun 22-dən ləğv olunmuşdu.
Bütün hüquqlar qorunur © 2025