Böyrək daşı xəstəliyinin geniş yayıldığı REGİONLAR

Təqvim
Böyrək daşı xəstəliyinin geniş yayıldığı REGİONLAR
05 avqust 2021 - 13:44

Azərbaycanın şimal və şimal-qərb regionlarında böyrək daşı xəstəliklərinə daha çox rast gəlinir.

 

Bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

 

Onun sözlərinə görə, bu, daha çox qidalanma ilə əlaqəli məsələdir: "Şamaxı-İsmayıllı zonasında daşyaranma riski 2,1 - 2,2 faiz arasındadır. Bu xəstəliyə kənd həyatı yaşayan insanlarda daha çox rast gəlinir. Çünki kənd həyatı yaşayan, tarlada çalışan bir insanla bankda, kondisioner qarşısında işləyən birinin gündəlik qəbul etdiyi suyun miqdarı və tərləmə faizi eyni deyil. İnsan nə qədər çox tərləyirsə, idrar miqdarı azalır. Yəni, sidik qatılaşır və daş yaranma riski artır. Zaqatala-Şəki regionunda bu rəqəm 0,7 faiz, Xaçmaz-Siyəzən zonasında isə 1,7 faizə bərabərdir".

 

A.İbrahimov, həmçinin bildirib ki, müəyyən zülallı, infeksiyalı daşlar var ki, onlara qadınlarda daha çox rast gəlinir:

 

"Normalda isə 40 yaşdan yuxarı 3 kişidə daş xəstəliyi varsa, 1 qadında bu xəstəlik müşahidə olunur. Ümumi statistikalara nəzər saldıqda, deyə bilərik ki, ölkə üzrə böyrək şikayəti xəstəliyi ilə müraciət edən hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Hamiləlik dövründə isə daşyaranma riski yüksək deyil. 1500 hamilə qadından birində yenidən daş yaranır. Çünki hamiləlik zamanı estrogen miqdarı artır və bu daşyaranmanın qarşısını alır. Bir də əgər daş müalicə olunubsa və ya əməliyyatla götürülübsə, 5 il ərzində təkrar yaranma riski 50 fazidir".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə