Təqvim
Daha bir yanğın İstanbulda baş verdi
04 avqust 2021 - 20:02

İstanbulda meşəlik ərazidə yanğın olub.

 

Hadisə şəhərin Beykoz rayonu ərazisində qeydə alınıb.

 

Yanğının baş verdiyi bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub. Qısa müddətdə alov lokallaşdırılıb. Yanğının iki nəfər tərəfindən qəsdən törədildiyi bildirilir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Türkiyənin beş vilayətinin 13 fərqli bölgəsində meşə yanğınları davam edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə