Təqvim
Çingiz Abdullayevdən nümunəvi addım
31 iyul 2021 - 20:48

“Azərbaycandakı bütün nəşriyyatlardan xahiş edirəm ki, mənim kitablarımın qonorarlarının 10%-ini  "Yaşat" Fonduna köçürsünlər və kitablarımda Fondun işarəsi əks olunsun”.

 

Bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev feysbuk hesabında yazıb.

 

“Mənim öz çıxışlarıma görə qonorar almadığımı hamı bilir. Avqust ayının 1-dən etibarən məktəblilər və tələbələrlə görüşlər istisna olmaqla, bütün çıxışlarımın qonorarları " Yaşat" Fonduna köçürülsün. Həmçinin ölkəmizdəki bütün reklam müqavilələri bütünlüklə "Yaşat" Fonduna köçürülsün. Hamınıza təşəkkür edirəm”,- deyə Çingiz Abdullayev qeyd edib.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə