Təqvim
Azərbaycan təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahib oldu - Deputat
17 yanvar 2021 - 18:31

Azərbaycan bir zamanlar təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahibləndi, mühüm geosyiyasi, geoiqtisadi faktora çevrildi.

 

 

Prezident İlham Əliyevin Şuşaya səfəri, Füzuli beynəlxalq hava limanının, Füzuli-Şuşa yeni avtomobil yolunun təməlinin qoyulması müasir Azərbaycanın tarixində ən mühüm hadisələrdən biridir.

 

 

Bunu  açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

 

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin səfər çərçivəsindəki çıxışları həm tarixi proseslərin inkişafı, həm də Qarabağın, bütövlükdə isə Azərbaycanın və Cənubi Qafqazın gələcək perspektivləri baxımından dərindən öyrənilməli və təhlil edilməlidir: “Prezident İlham Əliyevin Şuşaya səfəri, həmçinin dövlət başçısının qısa müddət öncə elan etdiyi layihələrin təməlinin qoyulması strateji düşünən və düşündüklərini ardıcıl şəkildə həyata keçirən qətiyyətli bir liderin xarakter cizgilərinin göstəricisidir. Azərbaycan Prezidenti tamamilə haqlı olaraq qeyd etdi ki, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən, iradəli liderlər, milli birliyi olan ölkələr qələbə qazanırlar və Azərbaycanın timsalında hər kəs bunun şahidi oldu”.

 

Millət vəkili yaxın tariximizdə bunun əksinin yaşandığını da, təəssüflə qeyd edib.

 

Onun sözlərinə görə ötən əsrin 90-cı illərinin əvvələrində yaşananlar qətiyyətsiz, prinsipsiz, səriştəsiz, liderlik keyfiyyətləri olmayan, hakimiyyətə təsadüflər nəticəsində sahiblənmiş şəxslərin xalqın böyük müsibətlərinə səbəb ola bilcəklərinin bariz nümunəsisdir: “Qısa bir zaman kəsiyində Azərbaycana rəhbərlik edən, reallıqda isə ölkənin köhnə də olsa mövcud bütün idarəçilik institutlarını sıradan çıxaran, cəmiyyəti xaosa, özbaşınalığa sürükləyən, insanlarda Azərbaycanın tarixi nailiyyətinə - dövlət müstəqilliyinə, müstəqil dövlət kimi yaşamaq perspektivinə olan inamını sarsıdan səriştəsiz şəxslərin səhvlərinin, xəyanətlərinin nəticələrini aradan qaldırmaq üçün onillərlə vaxt və gərgin əmək sərf etmək məcburiyyətində qaldıq. 1992-ci ilin mayında məhz hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa ermənilər tərəfindən işğala məruz qaldı.

 

 

Əgər həmin dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev və İlham Əliyev kimi qətiyyətli, prinsipial, dövlətin və xalqın maraqları uğrunda sonunadək yorulmadan mübarizə aparmağı bacaran, yüksək liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər olsaydı, o zaman Azərbaycan torpaqlarının işğal edilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdı”.

 

 

Azər Kərimli vurğulayıb ki, təxminən bir il ərzində buraxılan səhvlərin, edilən xəyanətlərin nəticələrinin aradan qaldırılmasına, bünun üçün yetərli hərbi güc, iqtisadi potensial əldə edilməsinə, beynəlxalq münasibətlər sistemində ölkənin mövqelərinin möhkəmləndirilməsinə, Azərbaycanın etibarlı tərəfdaş kimi imicinin formalaşdırılmasına illərlə vaxt sərf olundu: “Bu illər ərzində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin iti zəkası, fədakarlığı, qətiyyəti nəticəsində Azərbaycan bir zamanlar təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahibləndi, mühüm geosyiyasi, geoiqtisadi faktora çevrildi. Və bütün bunların nəticəsi olaraq, indi işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır və biz böyük sevinc, fəxarət hissi ilə “Qarabağ Azərbaycandır!” deyə bilirik”.

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə