Təqvim
Hərəkətsizlik və həzm prosesinin düzgün getməməsi uşaqlarda piylənməyə səbəb olur
16 yanvar 2021 - 16:02

Dünya əhalisinin 1,9 milyard nəfəri artıq çəki problemi ilə üzləşib. Statistikaya əsasən, bunun 6 milyondan çoxu piylənmədən əziyyət çəkənlərdir. Təəssüf ki, piylənməyə daha çox 5 yaşına qədər olan uşaqlar arşında rast gəlinir. Araşdırmalara görə, 2016-cı ildə 41 milyona yaxın 5 yaşınadək uşaq piylənmədən əziyyət çəkib. 2025-ci ildə piylənmə dünya əhalisinin 70 faizini əhatə edə bilər.


Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımovanın verdiyi məlumata görə, fast-fud yeməklər və şirniyyatların çox qəbulu, azhərəkətlilik uşaqlarda piylənməyə səbəb olur: “Təəssüf ki, uşaqlar son illər həddindən az hərəkət edir, vaxtlarını daha çox telefon, planşet və kompüterlə keçirirlər. Piylənməyə səbəb olan amillərdən biri hərəkətsizlik, digəri isə həzm prosesinin düzgün getməməsidir. Həzmin düzgün olmamasının səbəbləri arasında qida rasionunda lifli qidaların, yəni meyvə, tərəvəz və göyərtilərdən az istifadə olunmasını göstərmək olar. Bu, öz növbəsində, bağırsağın peristaltikasının azalmasına və nəticədə qəbizliyə aparıb çıxarır və dolayısı ilə piylənməyə səbəb olur”.


Qida mütəxəssisləri gündəlik menyuya zülal, karbohidrat, yağ, vitamin və minerallarla zəngin qida məhsullarını daxil etməyi məsləhət görürlər. Səhər yeməyi ilə nahar fasiləsi arasında uşaqların qəlyənaltısını evdə hazırlanan sendviçlər, meyvə və tərəvəzlər, lifli qidalar, o cümlədən yulaf, kəpəkli çörək, buğda, qoz-fındıq təşkil etməlidir. Qəlyanaltıda fast-fud qidalar, çibsilər, suxarilər, qazlı-şəkərli sular, energetik içkilər, yağlı və şəkərli un məmulatlarından istifadə olunması məsləhət deyil. Qida liflərinin əksəriyyəti bağırsaqlarda baş verən mikrobioloji xüsusiyyətlərə müsbət təsir göstərir. Məsələn, qida lifləri şəkərin normal dövranını tənzimləyir, yağ mübadiləsini stimullaşdırır, perestaltika prosesində hərəkətverici qüvvə rolu oynayır.


Qeyd edək ki, 1 yaşında uşağın normal çəkisi 10-11 kiloqram arasında olmalıdır. Körpənin ilk altı ayında hər ay 800 qram, növbəti altı ay ərzində isə hər ay 400 qram çəki artımı qeydə alınmalıdır. Lakin bəzi uşaqlar ay ərzində 2 kiloqram çəki almaqla həddindən artıq böyük sürətlə böyüyürlər. Belə olan halda narahatlığa əsas yaranır
Həkim-pediatrın dediyinə görə, uşaqda bir ildə 3-6 kiloqram çəki artımının qeydə alındığı halda “həyəcan təbili” çalınmalıdır.

 

 

AZƏRTAC 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə